Bu bölməni yalnız abunələr görə bilər. Abunə olmaq üçün və ya ətraflı məlumat üçün linkə keçin Aylıq abunəlik.

Şəhid ailələrinin üzvləri üçün 10-14 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Muasirtehsil.az AzEdu.aza əsasən xəbər verir ki, elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur…

Müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə meyarı hazırlandı.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz: https://bit.ly/3uEk4xL

“Təhsilə ictimai baxış” silsiləsindən ilk müzakirə keçirilib

Fevralın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində ilk müzakirə təşkil olunub. Təlim və tərbiyə mövzusuna həsr olunan ilk müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, digər ictimaiyyət nümayəndələri iştirak…

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq.

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq. Baku Expo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən  ibarətdir. Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne…

Paytaxt məktəblərində Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib. Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa”, “Açıq…

Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər keçirilir.

20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Açıq dərs” və seminarlar təşkil olunur. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma…

“İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Təhsil Nazirliyinin sifarişi ilə yeni təlimlərə başlayır.

“İTE-Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Təhsil Nazirliyinin sifarişi ilə yeni təlimlərə başlayır. Redaksiyaya daxil olan məlumata görə təlimlərdə ilk növbədə Bakı şəhərinin ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimlərinin iştirakı nəzərədə tutulmuşdur.             Təlimlərin 17 noyabr 2021-ci il tarixindən etibarən başlaması planlaşdırılıb. “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi” üzrə ixtisasartırma təliminə cəlb olunacaq ibtidai…

Təhsil Nazirliyi iltizam vərəqləri ilə bağlı açıqlama verdi.

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərə göndərilən iki iltizam nümunəsi ilə bağlı iddialara aydınlıq gətirib. #Muasirtehsil”-in verdiyi məlumata görə, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu ikinci iltizam nümunəsinin düzgün şərh edilmədiyini bildirib.Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan səs yazısında ikinci iltizam forması yanlış izah edilib: “Səsi yayılan şəxs iddia edir ki,…