Şəhid ailələrinin üzvləri üçün 10-14 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri elan olunub. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər. Muasirtehsil.az AzEdu.aza əsasən xəbər verir ki, elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur…

Təhsil Nazirliyinin əməkdaşları arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş futbol turnirinə start verilib.

Təhsil Nazirliyinin əməkdaşları arasında 28 May – Müstəqillik Gününə həsr olunmuş #futbol turnirinə start verilib. 10 komandanın mübarizə apardığı yarışlara 27 may tarixində yekun vurulacaq.Qeyd edək ki, futbol turnirinin keçirilməsində məqsəd əməkdaşlar arasında komanda ruhunu gücləndirmək, onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək və #sağlamhəyat tərzinə istiqamətləndirməkdən ibarətdir.

Mayın 15-də informatika fənni üzrə fənn olimpiadalarının final turu keçirilib.

Mayın 15-də informatika fənni üzrə fənn olimpiadalarının final turu keçirilib. Final turunda 80 şagird iştirak edib. Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu  üzrə isə 5 saat vaxt verilib.  İnformatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilir. Qeyd edək ki, olimpiadaların…

“Məni xüsusilə sevindirən gənclərimizin öz tarixinə, keçmişinə biganə olmamasıdır”

    Demokratiyanın və İctimai Dəyərlərin Təbliği İctimai Birliyi “Zəfər tarixi” layihəsini yekunlaşdırdı.   Əli Cəfərov: “Məni xüsusilə sevindirən gənclərimizin öz tarixinə, keçmişinə biganə olmamasıdır”     Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına  Dövlət  Dəstəyi  Agentliyinin  maliyyə dəstəyi ilə “Zəfər Tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsini yekunlaşdırıb.  Öz zamanına…