Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərə göndərilən iki iltizam nümunəsi ilə bağlı iddialara aydınlıq gətirib. #Muasirtehsil”-in verdiyi məlumata görə, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu ikinci iltizam nümunəsinin düzgün şərh edilmədiyini bildirib.Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan səs yazısında ikinci iltizam forması yanlış izah edilib: “Səsi yayılan şəxs iddia edir ki, ikinci iltizam formasında virusa yoluxan şagirdin məsuliyyəti məhz valideynin üzərindədir. Məsələnin əsas mahiyyəti odur ki, ikinci iltizam nümunəsində valideyn virusa yoluxan və ya yoluxma ehtimalı olan övladını təcrid edib məktəbi məlumatlandıracaq. Burada əsas məqsəd şagirdin sinif yoldaşlarının yoluxdurmağının qarşısını alırıq. Yəni övladının hər hansı xəstəliyə yoluxmasında valideyni məsuliyyət altında qoymuruq. Biz valideynin üzərinə sadəcə yoluxmuş və ya yoluxma ehtimalı olan uşağın məktəbə göndərməmək öhdəliyini qoyuruq”
.