Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi kimi adlanacaqdır. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilsin.
Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılcaqdır.
1. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
2. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
28 iyul 2022-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.