Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar tədbirlər keçirilib.
Məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, şagirdlərin Vətən Müharibəsində qazandığımız şanlı qələbə və ərazi bütövlüyümüzün bərpası naminə atılmış addımlar haqqında daha geniş məlumatlandırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə Milli Dirçəliş Gününə həsr olunmuş “Dəyirmi masa”, “Açıq dərs”lər, seminar və mühazirələr, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunub.