İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur:
a) əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
b) əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq peşə hazırlığının və ya təhsili barədə müvafiq sənəd.
Zəruri hallarda işçilərin sağlamlığı haqqında tibbi arayış.
İşə qəbul zamanı qanunvericilikdə nəzərdə tutulmayan sənədləri tələb etmək qadağandır.
Ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislər işə müəyyən olunmuş qaydada göndəriş vəsiqəsi və ya işə müstəqil düzəlmək ixtiyarı verilməsi barədə arayış olduqda qəbul olunurlar.
8. Müəyyən edilmiş qaydada işə qəbul olunan zaman, yaxud köçürülmə yolu ilə işə götürülərkən məktəbin müdiriyyəti borcludur:
a) işçini ona həvalə olunmuş işlə, həmkarlar ittifaqı komitəsi ilə bağlanmış kollektiv müqavilənin şərtləri ilə tanış etmək, onun hüquq və vəzifələrini izah etmək;
b) daxili intizam qaydaları ilə tanış etmək;
c) əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə və sağlamlığın təşkili üzrə təlimatlar vermək və işçinin bu sənədlərlə tanış olmasını jurnalda qeyd etmək;
ç) işçi təhlükəli qurğularda (elektrik avadanlığı, qazanxanalar, avtomaşınlar və s. xidmət etmək üçün təyin edilən halda onun tibbi müayinədən keçirilməsini təmin etmək.