İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur.

İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur: a) əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) b) əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq peşə hazırlığının və ya təhsili barədə müvafiq sənəd. Zəruri hallarda işçilərin sağlamlığı haqqında tibbi arayış. İşə qəbul…

Məktəbdə kollegiallıq prinsipini həyata keçirmək üçün pedaqoji şuranın fəaliyyətinin əhəmiyyəti böyükdür.

Məktəbin idarə edilməsinin demokratikləşdirilməsi probleminin həlli məktəbdaxili idarəetmənin demokratik əsaslarla qurulmasını tələb edir. Ümumtəhsil məktəblərində şagirdlərin təlimi və tərbiyəsi işini ölkədə gedən yeni ideyalar və tələblər baxımından demokratik əsaslar üzrə qurmaq təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Demokratiya məktəbə rəhbərlikdə ətaləti, durğunluğu, mühafizəkarlığı, başqa sözlə, iqtisadiyyatı, sosial həyatı, siyasi mövqeyi, ictimai tərəqqini ləngidən nə varsa, hamısının…

Peşəkar idarəçilərin hazırlanması sistemində kadr siyasəti necə olmalıdır.

Peşəkar idarəetmə kadrlarının hazırlanması sistemində əsas prinsip şəxsi maraqların, cəmiyyətin, dövlətin maraqlarının üst-üstədüşməsidir.  Bu subyektlərin birinin marağının olmaması rəhbər  kadr hazırlığında qırıqlıq yaradır və belə olduqda istənilən nəticə   əldə edilə bilməz. Rəhbər işçinin peşəkarlığı, hərtərəfli hazırlığı,   onun şəxsiyyətinin bütövlüyü cəmiyyətin rəhbər kadrlara olan  tələbatını özündə əks etdirir. Dövlətin vəzifəsi ondan ibarətdir ki,  yeni tipli peşəkar…