“Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsində şagirdlərə Qarabağda dağıdılmış flora və faunadan da danışıldı. Əli Cəfərov: “Qalibiyyətimiz yeni nəsillərin vətənpərvərlik duyğularının formalaşmasında müstəsna rol oynayacaqdır”Demokratiyanın və Milli Dəyərlərin Təbliği-İB fəaliyyət planına uyğun olaraq Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsi çərçivəsində “ İşğaldan azad olunmuş ərazilərin tarixi, coğrafiyası, flora və faunası, eləcə də mədəni abidələri haqqında” növbəti təlimini təşkil etdi. 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ , Aprel döyüşləri zamanı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında bir daha qısa məlumat verərək söylədi ki, “Vətən müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularında, eləcə də müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin vətənpərvər ruhda formalaşmasında müstəsna rol oynayacaqdır. Şagirdlərin fikirləri dinlənildi, müzakirə aparıldı. Tədbirdə məktəbin direktoru Şəhla Həsənova da iştirak edirdi. Tədbir foto və video çəkiliş təşkil edildi.
Paylaş
Bu bölməni yalnız abunələr görə bilər. Abunə olmaq üçün və ya ətraflı məlumat üçün linkə keçin Aylıq abunəlik or Sınaq İmtahanı.