Dekabrın 16-da Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair görüş keçirilib.
“Muasirtehsil” in əldə etdiyi məlumata əsasən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə görüşü giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onların hər birinə 2021-ci təqvim ilində səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Billurə Hacızadə bildirib ki, Təhsil Nazirliyi və onun qurumları, eləcə də layihələrlə kommunikasiya işinin effektiv təşkili, layihələrarası əməkdaşlığın təşviqi və birgə işin genişləndirilməsi görüşün əsas məqsədlərindəndir.