Hər hansısa bir məqsədə çatmaq üçün komanda üzvləri öz biliklərini, səylərini, işlərini səfərbər etməlidirlər. Səfərbər olunmuş gücləri isə komanda daxilində bir nəfər tənzimləməlidir. Həmin şəxs “Lider” adlanır. Amma hər liderdə liderlik bacarıqları , əfsuslar olsun ki, olmur.Liderlik- komanda üzvlərinə göstəriş verməklə bərabər lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhtəliyinə də müəyyən işləri götürməkdir.Yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda 1 nömrəli yardımçı olmalıdır. İşçilərin səhvlərini deməli və öz səhvlərini işçilərin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər.Bunlardan savayı, lider ünsiyyətcil, öyrənməyəmeylli olmalıdır ki, onun rəhbərlik etdiyi insanlar da onun kimi olsun. Çünki, pis liderin başçılığı altında fəaliyyət göstərənlər ya gələcəkdə onun kimi lider olurlar, ya da işlərində məhsuldarlığları aşağı düşür.Bəzən insanlar müdirlə liderin eyni məna kəsb etdiyini zənn edir. Əksinə olaraq şəkildə göründüyü kimi liderlə müdir arasında kifayət qədər fərq var. Əsl lider komandasının bələdçisi olmalı və bu yolda işçiləri qədər əziyyət çəkməlidir.Müdiri yalnız nəticənin maraqlandırmasına baxmayaraq lider üçün təkcə nəticə deyil, ona gedən yol da önəm kəsb edir.Əgər siz lider olmaq istəyirsizsə, çalışın yaxşı lider olasız. Bunun üçün kifayət qədər çalışmaq və özünü-inkişaf etdirmək lazımdır. Müxtəlif kurslar və kitablar oxumalı, praktiki bacarıqları təcrübədən keçirmək lazımdır. Ölkəmizdə keçirilən müxtəlik beynəlxalq və yerli yarışlarda könüllü kimi fəaliyyət göstərib liderlik bacarıqlarınızı praktik cəhətdən yoxlaya və inkişaf etdirə bilərsiniz.Sadəcə nəticələrin əldə edilməsilə yaxşı lider olunmur. Yaxşı liderlər zəhmət tələb edən nəticələrə qəsdən başqalarının köməyindən faydalanaraq nail olurlar. Onlar tək başına uğursuz şirkətləri şanslı təşkilata çevirə bilirlər. Onlar kampaniyanın inkişafını dəyişə bilərlər. Yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir.Yaxşı liderin səciyyəvi xüsusiyyətləri:
Yaxşı lider necə olur?
Aşağıda onların bəzi çox vacib səciyyəvi xüsusiyyətləri göstərilmişdir:Özünü tanıma.Siz daxili emosional vəziyyətiniz barədə gizli biliyə maliksiniz. Siz güclü və zəif tərəflərinizi bilirsiniz. Siz nə zaman axarında işlədiyinizi və nə zaman işlə həddən artıq yükləndiyinizi bilirsiniz. Maksimum potensiala çatmağınıza təkan verəcək imkanlarınız və çatışmazlıqlarınız da daxil olaraq
özünüzü tanıyırsınız.