Evdə təhsilin təşkili qaydaları
126. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları neçənci ildə təsdiq edilmişdir?
Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmişdir.
127. Hansı xəstəlikdir ki, stasionar və ya sanatoriyadan evə yazıldıqdan sonra uşaqların bir və ya iki il fərdi məşğələlərə ehtiyacı vardır?
Cavab: Pankardit.
128. Hansı xəstəlikdir ki, stasionardan evə yazıldıqdan sonra uşaqların bir-iki il fərdi məşğələlərə ehtiyacı vardır?
Cavab: Fasiləsiz residivlənən aktiv fazada olan gedişli revmatizm.
129. Evdə təhsil hansı proqramlarla şagirdləri evdə fərdi təhsilə cəlb edir?
Cavab: Ümumi və xüsusi təhsil proqramları ilə.
130. Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına əsasən ümumtəhsil məktəbinin proqramı ilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər hansı xəstəlik qruplarına aid olmalıdır?
Cavab: Dəri, cərrahi, somatik, nevroloji, psixoloji, nevroloji.
131. Subkompensasiya və dekompensasiya mərhələlərində olan ürəyin anadangəlmə qüsurları, tez-tez baş verən təngənəfəslik sianoz tutmaları ilə gedən ağır dərəcəli Fallo tetradası, prosesin yayılması və nəzərə çarpan intoksikasiya ilə gedən III dərəcəli xroniki pnevmoniya, uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma hansı xəstəlik qrupuna aiddir?
Cavab: SOMATİK.
132. Şəkərli diabetin ağır formaları, leykozlar, irsi koaqulopatiyalar (vilimbrant xəstəliyi, trombasteniya), immun trombastenit purpura xəstəliyinin xroniki forması, X – histnositozlar (Hend-Süller-Krissen, Tatarinov), toplanma xəstəlikləri (Toze, Niman-Pik, Landinq, Volman, Tandasir hansı xəstəlik qrupuna aiddir?
Cavab: SOMATİK
133. Hemorraqik hematomezenximae displaziya, Talassemiyanın ağır formaları, Hipoplastik anemiya hansı xəstəlik qrupuna aiddir?
Cavab: SOMATİK
134. Miopatiya, anadangəlmə və irsi mənşəli torzion distoniya və digər davamlı hipergenetik sindromlar zamanı dayaq-hərəkət aparatının funksiyasının pozulması, keçirilmiş poliomielitdən sonra dayaq-hərəkət aparatının ağır pozulmaları, keçirilmiş ensefalomielit və poliradikulonevritdən sonra ağır qalıq əlamətləri hansı xəstəlik qrupuna aiddir?
Cavab: Nevroloji xəstəliklər.
135. Aşağı ətrafların iflici və çanaq orqanlarının funksiyalarının pozulması ilə müşayiət olunan onurğa beyni dəbəliyi, Uşaq serebral iflici (təhsilini bitirənədək), Uşaq serebral iflici (təhsilini bitirənədək), anusun arteziyası nəcis saxlaya bilməməklə (enkoprez) hansı xəstəlik qrupuna aiddir?
Cavab: Cərrahi xəstəliklər
136. Dəri xəstəlikləri qrupuna hansı tipdən olan xəstəliklər daxildir?
Cavab:
1. Psoriatik eritrodermiyalar.
2. Aztropatik psoriaz.
3. Herb prurioqosu.
4. Dyurinq dermatiti (kəskinləşmə dövründə).
5. İxlioz formalı eritrodermiya.
6. Bulloz epidermoliz (ağır formaları).
7. Enterpatik akrodermatit (ağır formaları).
8. Kəskin qırmızı qurdeşənəyi.
9. Şiddətli yayılmış sklerodermiya.
137. Psixonevroloji xəstəliklər qrupuna hansı tipdən olan xəstəliklər daxildir?
Cavab:
1. Epilepsiya kəskinləşmə mərhələsində, tez-tez qıcolma əlamətləri ilə.
2. Nevrozların ağır formaları, o cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya mərhələsində olan kəkələmə.
3. Ruhi xəstəliklər (şizofreniya, psixozlar), kəskinləşmə mərhələsində.
4. Müxtəlif etiologiyalı (infeksion, somatik) ensefaloastenik əlamətlər.
138. Hansı xəstəliklərə sahib olan şəxslər Xüsusi təhsil məktəbinin proqramı ilə evdə təhsilə cəlb olunurlar ?
Cavab: Aşağıdakı sindromlarla kəskinləşmiş debillik mərhələsində olan oliqrofreniya:
a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;
b) ağır ensefaloastenik vəziyyət;
c) enkoprez və gündüz enurezi;
ç) hərəkət oyanıqlığı sindromu;
d) reaktiv vəziyyət;
e) Ağıl azlığı ilə olan epilepsiya (tez-tez gündüz tutmaları ilə).
ə) Üzvi proseslər kəskinləşmə mərhələsində.
139. Hansı xəstəlikləri olan şagirdlərə sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi) müəyyən edilir?
Cavab: Somatik, psixonevroloji xəstəlikləri olan şəxslər.
140. Sadələşdirilmiş rejimi olan şəxslər hansı proqramla evdə fərdi təhsilə cəlb olunurlar?
Cavab: Xüsusi təhsil proqramı ilə.
141. Evdə təhsil hansı qanun əsasında hazırlanmışdır?
Cavab: “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən
142. Evdə təhsil nəyə deyilir?
Cavab: Evdə təhsil – sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.
143. Şagirdlərin evdə təhsilə cəlb olunması üçün hansı komissiya qərar verir?
Cavab: Psixoloji-Tibbi-Pedaqoji Komissiya
144. Şagirdlər evdə fərdi qaydada təhsil almaq üçün müvafiq təhsil müəssisəsinə hansı qurumların təqdim etdiyi sənədi verirlər?
Cavab: xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlər əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarını.
145. Evdə fərdi təhsilə (ümumtəhsil məktəblərinə) cari ilin 15 sentyabrınadək neçə yaşı tamam olan şəxslər cəlb olunur?
Cavab: 6 yaşı.
146. Ümumtəhsil məktəblərində oxuya bilməyən sağlamlıq imkanları məhdud uşaqlar neçə yaşı tamam olanda Xüsusi məktəblərə cəlb olunurlar ?Cavab: 7 yaşı.
147. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə hansı sənədləri təqdim etməlidirlər?
Cavab:
– məktəb direktorunun adına ərizə;
– doğum haqqında şəhadətnamənin surəti;
– müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
– şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
– yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;
– psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
148. Evdə təhsil hansı təhsil səviyyələrində təşkil olunur?
Cavab: Təhsil haqqında qanuna əsasən evdə təhsil ibtidai, ümumi orta, tam orta təhsil səviyyələrində təşkil olunur.
149. Şagirdlərin evdə təhsilə cəlbi hansı müddətdə aparılır?
Cavab: İl boyu.
150. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə neçə dəqiqə müəyyən edilir?
Cavab: 45 dəqiqə
151. Evdə dərs məşğələləri xüsusi təhsil proqramı ilə neçə dəqiqə müəyyən edilir?
Cavab: 40 dəqiqə
152. Evdə təhsilə cəlb olunan şəxslərin gündəlik dərs saatlarının miqdarı nə qədər müəyyən edilmişdir?
Cavab: qüvvədə olan Evdə təhsilin təşkili qaydalarına əsasən, gündəlik dərslərin miqdarı I səviyyədə 2, II və III səviyyədə isə 3 saatdan artıq ola bilməz.
153. Fərdi təlim planları hazırlanarkən hansı komissiyanın rəyinə üstünlük verilir?
Cavab: psixoloji-tibbi-pedaqoji komissiya.
154. Evdə fərdi məşğul olan şagirdlər üçün ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə müvafiq) tədris planı hansı qurum tərəfindən hazırlanır?
Cavab: Təhsil Nazirliyi.
155. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə kimlər məsuliyyət daşıyır?
Cavab: sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesin gedişinə isə direktor məsuliyyət daşıyır.
156. Evdə təhsil alan şagirdlərin biliyinin nəticələri harda qeyd olunur?
Cavab: Sinif jurnalında qeyd olunur.
157. Evdə təhsil alan şagirdlərin sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi hansı sənəddə öz əksini tapır?
Cavab: Sinif jurnalında.
158. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından hansı komissiyanın qərarı ilə azad oluna bilərlər?
Cavab: Psixoloji-tibbi-pedaqoji.
159. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində hansı prinsipə üstünlük verilir?
Cavab : Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
160. Evdə təhsillə Fərdi təhsil arasında fərq nədir?
Cavab: Evdə təhsil sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuşdur. Fərdi təhsil isə sağlam şəxslər üçün nəzərdə tutulmuşdur. Aralarındakı əsas fərq şagirdin sağlam və ya sağlamlıq imkanlarının məhdud olmasındadır.