Müsahibə 3
1. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası necədir?
Cavab: 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur…ccc3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
2. İşəgötürən tərəfindən əmək müqaviləsi hansı hallarda ləğv edilə bilər?Cavab: a) müəssisə ləğv edildikdə;b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
3. İxtisar aparılarkən təhsil və ya peşəkarlıq səviyyələri eyni olduqda hansı kateqoriyadan olan işçilərə üstünlük verilir?Cavab: şəhid ailəsinin üzvlərinə;müharibə iştirakçılarına;əsgər və zabitlərin arvadına (ərinə);öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlaraxüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
4. Gündəlik normal iş vaxtının müddəti nə qədərdir?Cavab: ƏM 89-cu maddə göstərilir ki, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz
5. Məzuniyyətin hansı növlər mövcuddur?
Cavab: ƏM 112-ci maddədə göstərilir ki, İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir:a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;ç) ödənişsiz məzuniyyət.
6. İşçilərə məzuniyyət verilməsi necə həyata keçirilir?Cavab: ƏM 113-cü maddədə göstərilir ki, Əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
7. Ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilərə işə girmə müddətindən asılı olaraq birinci əmək məzuniyyəti nə vaxt verilə bilər?Cavab: 6 aydan sonra məzuniyyət verilə bilər
8. Əmək stajına görə pedaqoji işçilərin əsas məzuniyyət müddətinə təqvim günləri əlavə olunurmur?Cavab: Əmək stajına görə (o cümlədən əmək şəraitinə görə) əlavə məzuniyyətlər bu Məcəllənin 118, 119, 120 və 121-ci maddələrində göstərilən işçilərə verilmir
9. Ümumi təhsil müəssisələrində işləyən kitabxanaçı, laboran və kiçik texniki işçilərə neçə təqvim günü əsas əmək məzuniyyəti verilir?Cavab:30 təqvim günü müddətində10. Uşaqlı qadınlara əlavə məzuniyyət neçə gün verilir?Cavab: Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Hazırladı. Cavid Əli Oğlu Turan