Müsahibə 1.
1. Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
Cavab: 13.01.2011-ci il Ümum təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi ilə müəyyən edilmişdir.
2. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
Cavab: Dünəyi xarakter daşıyır.
3. Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim müdaxilə edə bilər?
Cavab: Ümumi təhsil müəssisəsinə təhsil sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı
4. Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
Cavab: Aşkarlıq, Şəffaflıq, demokratiklik
5. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
Cavab: Xeyr
6. Hansı əsasda ibtidai sinif şagirdləri təkrar sinifdə saxlanıla bilər?
Cavab: Uzun müddətli təhsildən yayınma, biliyinin qiymətləndirilməməsi
7. Məktəbin tədris- pedaqoji sənədlərinə nə daxildir?
Cavab: Şagirdin şəxsi işi, sinif jurnalı, dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabı aiddir.
8. Məktəbin maliyyə-təsərrüfat sənədlərinə nələr daxildir?
Cavab: məktəbin texniki pasportu, daxil olan inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun uçotu kitabı aiddir.
9. Məktəbin texniki pasportunda nələr əks olur?
Cavab: Məktəb binasının, müvafiq sxemlər əlavə edilməklə bütün tədris, təsərrüfat və digər binaların, kommunikasiyanın (su kəməri, kanalizasiya, istilik sistemi, işıqlandırma, qazlaşdırma, radiolaşdırma, telefonlaşdırma) xarakteristikası verilən əsas sənəddir.Məktəbin pasportunun forması, habelə onun doldurulması qaydası Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Daimi saxlanılır.
10. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Cavab: Hər bir məktəbdə direktorun təlim-tərbiyə işi üzrə müavini tərəfindən aparılır. Oraya buraxılan və əvəz edilən dərslər haqqında məlumat yazılır. Qeydlər yalnız lazımi qaydada rəsmiləşdirilmiş sənədlər əsasında aparılır (məktəb üzrə əmrlər, xəstəlik vərəqəsi, sinif jurnalında qeydlər və s.). əvəzetmə yolu ilə dərs deyən müəllim bu barədə kitabda imza edir. Kitabdakı qeydlər iş vaxtından istifadə uçotu və əmək haqqı hesablama tabelindəki qeydlərə uyğun olmalıdır. Daimi saxlanılır.
11. İbtidai siniflərdə hansı fənlər ixtisas müəllimlərinə verilə bilər?
Cavab: İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən tədris edilir. İbtidai sinif müəllimlərinin yazılı razılığı əsasında həmin dərslərin ixtisas müəllimləri tərəfindən tədrisinə icazə verilir. İbtidai siniflərdə xarici dil və informatika fənləri ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənni ibtidai sinif müəllimi tərəfindən tədris oluna bilər.
12. Ümumtəhsil məktəblərində hazırlıq sinifləri hansı məqsədlə təşkil edilir?
Cavab: Hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədi ilə ümumtəhsil məktəblərində müəyyən olunmuş qaydalara əsasən məktəbdə hazırlıq sinifləri açıla bilər.
13. Məktəbə hazırlıq qruplarında məşğələ müddəti neçə dəqiqə olmalıdır?
Cavab: Hər məşğələnin müddəti 30 dəqiqədir. Məşğələlər arasında fasilə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə 11 dəqiqədən bir idman dəqiqəsi keçirilir.
14. . Müəllimlərin illik və cari təqvim planları kim tərəfindən yoxlanılır və təsdiq edilir?
Cavab: İllik və cari təqvim planı fənn metodisti, təlim-tərbiyə üzrə direktor müavini və direktor tərəfindən təsdiqlənir.
15. Məktəbdə tədrisin keyfiyyətinə nəzarət kimlər tərəfindən həyata keçirilir?
Cavab: Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən
16. Ümumi təhsil müəssisələrinin binası hansı funksional otaq qruplarından ibarətdir?
Cavab: tədris otaqları, əmək tədrisi otaqları, ümumi məktəb zalları qrupu, inzibati xidmət otaqları qrupu (direktor otağı, direktor müavininin otağı, müəllimlər otağı, metodika kabineti, mühasibatlıq otağı, arxiv).
17. İnteraktiv/fəal təlim nədir?
Cavab: Fəal təlim idrak fəaliyyətinin təşkili və idarə olunması üsullarının məcmusudur. Bu təlim üçün aşağıdakı cəhətlər səciyyəvidir:
– müəllim tərəfindən idraki problem- situasiyanın yaradılması
– problem-situasiyanın həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin həvəslənməsi
– şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi
18. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən edilir?
Cavab: Sinif komplektlərinin sayına uyğun olaraq müəyyənləşdirlir.
19. Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçiləri, inzibati, tədris-yardımçı və xidmət işləri üzrə ştatlar necə müəyyən edilir?
Cavab: Sinif komplektlərinin sayına uyğun olaraq müəyyənləşdirlir.
20. Yerli təhsili idarəetmə orqanlarının tabeliyindəki ümumtəhsil məktəblərinin tarifləşmə siyahısı kim tərəfindən təsdiq edilir?
Cavab: Yerli təhsili idarəetmə orqanlarının rəhbəri tərəfindən
Hazırladı. Cavid Əli oğlu Turan