Təhsil Nazirliyi iltizam vərəqləri ilə bağlı açıqlama verdi.

Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblərə göndərilən iki iltizam nümunəsi ilə bağlı iddialara aydınlıq gətirib. #Muasirtehsil”-in verdiyi məlumata görə, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu ikinci iltizam nümunəsinin düzgün şərh edilmədiyini bildirib.Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan səs yazısında ikinci iltizam forması yanlış izah edilib: “Səsi yayılan şəxs iddia edir ki,…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil müəssisələrində əyani tədris prosesinin təşkili ilə tanış olur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil müəssisələrində əyani tədris prosesinin təşkili ilə tanış olur. İdarədən “Muasirtehil.az”a bildirilib ki, ənənəvi xarakter alan bu təşəbbüs çərçivəsində İdarə müdiri ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi qaydada tədrisin təşkil olunma vəziyyəti ilə maraqlanır və dərs prosesinin gedişini izləyir.Qeyd edək ki, Bakıda ibtidai siniflərdə əyani…

STEAM dərslərinə başlanılır

Fevralın 1-dən “Dərs vaxtı” proqramında  STEAM dərslərinin yayımına start veriləcək. Təhsil Nazirliyinin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini “Mədəniyyət” kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı, rəsmi  “Facebook” səhifəsi, eləcə də videodərslər portalından da (https://video.edu.az/)  izləmək mümkündür. STEAM dərslərinin yayım vaxtını “Dərs vaxtı”nın hər gün paylaşılan cədvəlindən öyrənə bilərsiniz. Qeyd…

Məktəbə qayıdan uşaqlar

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bu gündən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai siniflərdə təhsil alan uşaqlar tədrisin davamı üçün məktəbə yollanıblar. Uzun zaman sonra doğma məktəblərinə, eləcə də məktəbdəki dostlarına qovuşan şagirdlərin sevincini əks etdirən fotoları diqqətinizə çatdırırıq. Qeyd edək ki, ibtidai siniflər üzrə 628 651…

DİREKTORLARIN İŞƏ QƏBULU PROQRAMI 2-Cİ HİSSƏ

HAZIRLADI. CAVİD ƏLİ OĞLU TURAN. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?bəli məktəb direktorunun müvafiq əmri ilə qərarlar rəsmləşdirilməlidir. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?Ərizə, doğum haqqında şəhadətnamənin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd 3×4 foto şəkil və 9 illik attestat və valideynin ərizəsi Hansı əsasda ibtidai…

Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır? Cavab: 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılması 2. Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması 3. Yeni idarəetmə modellərinin tədbiq edilməsi 4. Dayanıqlı infrastrukturunun yaradılması 5. Yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur? Cavab:…

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.…

Ötən ilin son ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 1 152 müraciət daxil olub.

Ötən ilin son ayında 1 152 müraciət daxil olub 2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 152  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib. Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151…