Pedaqoji heyət üçün təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi (TDM) ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirir. Təlimlərin əsas məqsədi müəllimlərə metodiki dəstək göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.…

Fənn olimpiadalarına elektron qeydiyyat sabah yekunlaşır.

Dekabrın 25-də respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq.  Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli…

“Bu gün təhsil alan şagirdlərin, tələbələrin bir çoxunun gələcək peşə fəaliyyəti azad olunan ərazilərdəki işlərlə bağlı olacaq.

“Son illər rəqəmsal bacarıqların həmin məktəblərin məzmununda nəzərə alınması nəzərdə tutulur. Başqa məsələ həmin ərazilərdə aparılan infrastruktur işləri, tikinti, quruculuq əmək bazarında ciddi aktivlik yaradacaq”. Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.…

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib.

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib. “Report”un məlumatına görə, təhsil naziri nəzəriyyəyə əsasən bir qisim insanların daha çox ali təhsil almalı olduqlarına inanclarının olduğunu xatırladıb. O qeyd edib ki, ənənəvi sovet dövründən qalma düşüncəyə görə ali təhsil yalnız yüksək nəticə göstərən adamlar üçün olmalıdır: “Şəxsən mən düşünürəm…

Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib. Muasirtehsilin verdiyi məlumata əsasən namizədlər kompüter bilikləri və xüsusi tələblərə cavab verməlidirlər. Bu vəzifə üzrə aylıq vəzifə maaşı 1330 manatdır. İşə qəbul olunan şəxs test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi ilə məşğul olacaq.…

Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair görüş keçirilib. 

Dekabrın 16-da Təhsil Nazirliyi və tabe qurumların, layihələrin kommunikasiyasına dair görüş keçirilib. “Muasirtehsil” in əldə etdiyi məlumata əsasən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə görüşü giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, onların hər birinə 2021-ci təqvim ilində səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Billurə Hacızadə bildirib ki, Təhsil Nazirliyi və onun qurumları, eləcə də…

Məktəbin fəaliyyətini idarə edən şəxsdir-Dİrektor

Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün…

Respublika fənn olimpiadalarının elektron qeydiyyat davam edir.

Dekabrın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. Hal-hazırda elektron qeydiyyatı davam edir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Elektron qeydiyyat dekabrın 20-si bitəcəkdir.

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır.

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına onlayn sənəd qəbulu dekabrın 15-i (saat 12:00) başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib.

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb. Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin…