Pedaqoji heyət üçün təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi (TDM) ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirir. Təlimlərin əsas məqsədi müəllimlərə metodiki dəstək göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.…

Fənn olimpiadalarına elektron qeydiyyat sabah yekunlaşır.

Dekabrın 25-də respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq.  Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli…

“Bu gün təhsil alan şagirdlərin, tələbələrin bir çoxunun gələcək peşə fəaliyyəti azad olunan ərazilərdəki işlərlə bağlı olacaq.

“Son illər rəqəmsal bacarıqların həmin məktəblərin məzmununda nəzərə alınması nəzərdə tutulur. Başqa məsələ həmin ərazilərdə aparılan infrastruktur işləri, tikinti, quruculuq əmək bazarında ciddi aktivlik yaradacaq”. Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.…

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib.

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib. “Report”un məlumatına görə, təhsil naziri nəzəriyyəyə əsasən bir qisim insanların daha çox ali təhsil almalı olduqlarına inanclarının olduğunu xatırladıb. O qeyd edib ki, ənənəvi sovet dövründən qalma düşüncəyə görə ali təhsil yalnız yüksək nəticə göstərən adamlar üçün olmalıdır: “Şəxsən mən düşünürəm…