Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
Muasirtehsilin verdiyi məlumata əsasən namizədlər kompüter bilikləri və xüsusi tələblərə cavab verməlidirlər.
Bu vəzifə üzrə aylıq vəzifə maaşı 1330 manatdır.
İşə qəbul olunan şəxs test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi ilə məşğul olacaq.
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Mənbə. Report.az