1. Müasir dövrdə, siz məktəb direktorunu necə təsəvvür edirsiniz, bizim üçün bir
direktor modeli hazırlayın? (2018-2021)
Cavab: Məktəb direktoru bir idarəedici kimi yüksək intellektə malik ziyalı olmalı,
“savadlı, elmli, bilikli, cəmiyyətdə özünü apara bilən, tərbiyəli” – mədəni insan olmalıdır. Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetmə
mədəniyyəti insanın və cəmiyyətin rifahı və xoşbəxtliyinin zəruri şərtidir. İntellektual, etik və hüquqi mədəniyyətlə yanaşı, idarəetmə mədəniyyətinin yüksəldilməsinə nail olmalıdır. Demokratik dəyərləri təbliğ etməli, məsuliyyətli, vicdanlı bir şəxs olmalıdır.
2. Xüsusi istedadı ilə fərqlənən şagirdlərlə iş mexanizmini necə qurardınız?
(2017-2018, 2021)
Cavab: Nəzərinizə çatdırmaq istəyirəm ki, məktəb direktorunun əmək
funksiyalarından biri istedadlı şagirdlərin vaxtında aşkarlanması, onların müvafiq müsabiqə və yarışlara, o cümlədən təhsil istiqaməti üzrə təşkil edilən layihələrə cəlb edilməsidir. İstedadlı şagirdlərlə iş mexanizmi ilk öncə məktəbin fəaliyyət planına, o
cümlədən məktəbin starteji fəaliyyət qrafikinə uyğun olmalıdır. İlk öncə istedadlı şagird, qeyri-standart düşünmək bacarığı, hər hansı bir sahə ilə bağlı çevik təfəkkürü, yenilikləri qiymətləndirməyi bacaran, təşəbbüskar, qətiyyətli şəxs başa düşülməlidir.
Məktəb direktoru istedadlı şagirdi aşkarlamaq üçün ilk öncə şagirdin istedad və marağı, bilik və potensial enerjisinin fənn yoxsa məktəbdənkənbar proqram və materiallara uyğunluğunu təhlil etməlidir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor
müavini, tərbiyə işləri üzrə direktor müavini, fənn metodbirləşmələri, UBTR, Psixoloq
bu istiqamətdə fəaliyyət planlarına uyğun olaraq çalışmalı, müntəzəm məktəb direktoruna məlumat verməlidir. Deməli, belə bir nəticəyə gəlmək mümkünüdür ki, iş mexanizmi məsuliyyətin bölüşdürülməsi prisnipinə, müvafiq nomrativ sənədlərə uyğun təşkil edilməlidir.
3. Məktəbdə Kiçik Akademiyanın yaradılmasına münasibətiniz və bu sahədə
işinizi necə təşkil edərdiniz?
Cavab: Ümumilikdə təhsil sahəsində qəbul olunmuş normativ hüquqi sənədlər
toplusunda ( Təhsil Haqqında Qanun, Ümumi Təhsil Haqqında Qanun, Ümumtəhsil
müəssisələrinin Nümunəvi Nizamnamsi, Ümumi Təhsil Pilləsinin Dövlət Standartları
və Proqramları) özünüidarə orqanlarının yaradılması müəssisənin demokratik
əsaslarla idarə edilməsinə müsbət təsir edir. Müəssisənin demokratik əsaslarla idarə
edilməsinin vacibliyini nəzərə alsaq özünüidarə orqanlarının fəaliyyəti və təşkili
vacibdir. Şagirdlərin istedad və bacarıqlarını vaxtında aşkarlamağa yönəlmişdir. Kiçik
Akademiya tədris ilinin əvvəlində məktəbin fəaliyyət planının tərkibində təsdiq olunur.
Kiçik Akademiyanın prezidenti və struktur bölmələri təşkil edilir. İstedadlı uşaq və
gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi
yaradılmasına köməklik göstərməkdən, şagirdlərin azad düşüncə ruhunda tərbiyə
almasına, sağlam həyat tərzi və ətraf mühütə sevgi, qayğı hisslərinin aşılanmasına, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşmasına müsbət təsir edən bir iş formasıdır. Bir təhsil işçisi kimi bu prosesə münasibətim çox yaxşıdır. İş mexanizmi müvafiq qrafik, fəaliyyət planları və müvafiq təhsil idarəetmə orqanının əmri əsasında təşkil olunur.
4. Direktor təyin olundunuz ilk görəcəyiniz iş haqqında qısa danışın: (2017-2018, 2018-2019, 2021)
Cavab: Direktor təyin olunacağım təqdirdə ilk görəcəyim iş əsasən aşağıdakı istiqamət üzrə olacaqdır.
Cavab: 1. Məktəb üzrə proqram və planların ( illik, starteji fəaliyyət planları) icra vəziyyəti 2. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin icra vəziyyəti 3. Müəssisənin maddi-texniki baza və infarstrukturunun icra vəziyyəti 4. Məktəbin yerləşdiyi coğrafi ərazidən aslı olaraq el axsaqqalları ilə görüşlərin təşkili ərazi üzrə təhsilin icra vəıziyyəti haqqında informasiyanın əldə olunması 5. Təhsil müəssisəsinin idarə olunması qaydalarının icra vəziyyəti 6. Təhsilin keyfiyyəti və informasiyaların tətbiqi vəziyyəti 7. Metodik işin icra vəziyyəti ( əvvəlik illərin statstistik təhlili) 8. Tərbiyəvi işin təşkili vəziyyəti ( sinifdənkənar və məktəbdənkənar proqramların icra vəziyyəti təşkil olunan kütləvi tədbirlərin statistik təhlili və nəticə) 9. və.s Qeyd: Hörmətli namizədlər bir məsələnin sizlərin diqqətinizə çatdırmaq istəyirəm. Hər məktəbin yerləşdiyi coğrafi ərazi fərqlidir.
5. Direktor olaraq məktəb psixoloqunun fəaliyyətinin düzgün təşkil edilməsinə necə nəzarət edəcəksiniz? (2021) Cavab: Məktəb psixoloqunun iş mexanizminin düzgün təşkil edilməsi müəssisədə sağlam-mənəvi psixoloji mühütün formalaşmasına müsbət təsir göstərir. Məktəb direktoru olaraq psixoloqun fəaliyyətini AR NK tərəfindən 2020-ci il 30 aprel tarixdə təsdiq olunmuş Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydalarına uyğun şəkildə həyata keçirərdim. Çünki məktəb psixoloqunun düzgün fəaliyyət göstərməsi və iş mexanizmini düzgün şəkildə təşkil etməsi təhsilalanların psixoloji vəziyyətini, təlim nailiyyətlərini, inkişaf meyillərini, maraq dairəsini müəyyən etməsinə, həmçinin akademik nailiyyətlərin artırılması və təlimdə geri qalan təhsilalanlarla işin düzgün qurulmasına, təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və sabit saxlanılması, təlim-tərbiyə prosesinin səmərəli təşkili istiqamətində ehtiyacların daim öyrənilməsi, təhsilalanların sosial bacarıqlarının artırılmasına müsbə təsir göstərir. Direktor olaraq, müavinlərlə birlikdə psixoloqla demokartik üslubda, məsuliyyətin bölüşdürülməsi, hesabatlılıq və inkişafın izlənilməsi istiqamətində iş mexanizmini təşkil ediləcək. Bu istiqamətdə psixoloqun fəaliyyətini izləyərdim.
6. Təmayüllşəmənin düzgün tədbiqini necə görürsünüz?( 2019, 2021) Cavab: Bu prosesə müsbət yanaşıram. Təmayülləşmə tam orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, xüsusi istedad və bacarıqa sahib olan, bu və ya digər fənn üzrə xüsusi meyil və maraq göstərən, yüksək potensiala malik şagirdlərin müəyyən edilməsi və onlar üçün zəruri təhsil şəraitinin yaradılmasına yönəlmiş bir proqramdır. Bu proqram vacibdir. Günümüzün tələbini özündə ehtiva edir. Şagirdlərin gələcəkdə ixtisaslı kadr hazırlığında -daha dəqiq qeyd etsək peşə-karyera qurmasında əvəzssiz dəstəyi vardır. Bu proqramın tədbiqi vəziyyəti normaldır. Təbii ki, Təhsil Nazirlyi bu istiqamətdə müvafiq işləri davam etdirir.
7. İnkluziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərlə direktor olaraq iş mexanizmini necə həyata keçirərsiniz? (2018-2021) Cavab: İlk öncə qeyd etmək istərdim ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Sağlamlıq vəziyyətindən asılı olmayaraq vətəndaşların təhsil alması üçün müvafiq şərait yaradılır. Bununla bağlı “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2006-cı il dekabrın 13-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlillərin hüquqları haqqında Konvensiya” əlilliyi olan şəxslərin təhsil hüquqlarının bir çox tərəflərini əhatə edir və inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğunu təşviq edir. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Sağlamlıq imkanları məhdud uşaqlar dərs prosesində digər həmyaşıdları ilə birgə iştirak etdikdə, onların arasında bir-birinə qarşı anlaşma və hörmət hissi inkişaf edir. Direktor olarq müntəzəm olarq onların təhsilə cəlb olunması, gündəlik təlim proqramlarını mənimsəməsi prosesini izləyərəm, o cümlədən həmyaşıdları ilə düzgün münasibət qurması istiqamətində araşdırmalar aparıb tədbiqinə nail olaram. Onların sağlam-mənəvi psixoloji mühütdə təhsil alması üçün təşkilati və metodiki fəaliyyəti gücləndirərəm. Bu prosesi müavinlər, psixoloq və defoktoloqla, valideynlərə birgə əməkdaşlıq çox vacibdir. Sağlamlıq imkanları məhdud şəxslərin peşə və əmək vərdişlərinə yiyələnməsi üçün müxtəlif peşələr üzrə xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat məktəblərində, peşə təhsili müəssisələrin cəlb olunması istiqamətində dövlət proqramından irəli gələn tələbləri yerinə yetirməyə səy göstərərəm.
8. Məktəb direktorunun fəaliyyətinin qiymətləndirilmə göstəriciləri hansılardır? Cavab: Direktor işinin planlaşdırılması, Kadrların yaş və enerji potensialına uyğun şəkildə iş mexanizminin qurulması, Ümumi icbari təhsilin icra vəziyyəti, Şagird kontingentinin sabit saxlanılması, Əmək qanunvericiliyinə, daxili əmək və icra intizamina nəzarət edilməsi, Kadrların peşə hazırlığı, ixtisasartırma və yenidən hazırlamanın həyata keçirilməsi, Pedaqoji Şura və Məktəb Şurasının işinin təşkili, Normativ sənədlərin icrasının təşkili, məktəb hesabatlarının hazırlanması vəziyyəti və.s qeyd etmək olar.
9. Ümumi təhsil müəssisəsinin idarə olunmasına müdaxilə mümkündürmü? Cavab: Xeyr mümkün deyildir. Ümumi təhsil müəssisələrinin idarə olunmasına təhsil idarəetmə orqanları istisna olmaqla hər hansı bir qrumun müdaxiləsi yolverilməzdir. Ümumi təhsil müəssisələri dövlət orqanları ilə əməkdaşlıq etməsi mümkün olduğu halda, həmin təşkilatların ümumi təhsil müəssisələrinin idarə edilməsinə müdaxiləsi qanunla yolverilməzdir.
10. Siz rəhbər olduğunuz təqdirdə hansı yenilikləri təklif edərsiniz?
cavab: Rəhbər olaraq yeniliklər- təhsilin idarə edilməsi və idarəedicilərin müasir yanşma əsasında iş prosesini qurmağını tövsiyyə edirəm. Dünya təhsil sisteminə inteqrasiya etdiyimiz zamanda müasir direktor necə olmalıdır bu istiqamətdə sizlərə öz fikrimi bölüşmək istəyirəm. Məktəb direktoru necə olmalıdır ? ( Parlaq və yardıcı şəxsiyyətdir, yenilikçidir, müasir idarəetmə formalarından, metodlarından istifadə edir, araşdırmaçıdır, şəxsi nümunəsi ilə pedaqoji kollektivi yeniliyə və axtarışa, kəşfə yönəldən bir liderdir, problemlərin həllində qeyri-standart düşünmək bacarığına sahibdir. və.s) Rəhbər olacağım təqdirdə yeniliklər- təlim prosesinin təşkili, tərbiyə işinin düzgün və səmərəli qurulması, təsürrüfat fəaliyyətinin mövcud qaydalara əsasən təşkili, müvafiq layihə və müsabiqələrə qatılmaq istiqamətində olacaqdır.
Müəllif. Cavid Əli oğlu Turan