- Təhsilin inkişafı üzrə dövlət strategiyası neçənci ildə qəbul olunmuşdur?
Cavab: 24 oktyabr 2013-cü il
Təhsilin inkişafı üzrə dövlət strategiyasının neçə vəzifəsi var?
Cavab: Müvafiq qaydalara əsasən. Strategiyada təhsil sisteminin 4 vəzifəsi müəyyən edilmişdir.
3. Strategiyanın vəzifələri hansılardır?
Cavab: – ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək;
– məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
– milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq;
– sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və əlavə təhsili təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
4. Strategiyanın məqsədi nədir?
Cavab: Strategiyanın məqsədi ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaqdır. Azərbaycanın təhsil sistemi iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun olmalıdır.
Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsili idarəetmə sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulmasına imkan verərək, ölkədə biliklərə əsaslanan iqtisadiyyatın bərqərar olmasını, informasiya cəmiyyətinin təşəkkülünü və ölkənin davamlı inkişafını təmin edəcəkdir.
5. Strateügiyanın neçə istiqaməti var?
Cavab: Təhsilin İnkişafı üzrə Dövlət strategiyasında 5 starteji istiqamət müəyyən edilmişdir.
6. Strategiyanın istiqamətlərini sadala:
Cavab:
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.
3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.
4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.
5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
7. Strategiyanın həyata keçirilməsi necə müəyyən edilir?
Cavab: Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.
Strategiyanın məqsədi və məzmunu kütləvi informasiya vasitələri və digər üsullarla əhaliyə, təhsil müəssisələrinin pedaqoji heyətinə və digər hədəf qruplarına çatdırılır.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı beynəlxalq ekspertlər cəlb olunmaqla hazırlanır və təhsil sisteminin hazırlığı nəzərə alınaraq, islahatların məqsədini və strateji istiqamətləri, seçilmiş prioritetləri, onların reallaşdırılması üçün qəbul olunmalı dövlət proqramlarını, icraya məsul və tərəfdaş qurumları, ara və yekun hədəfləri və icra dövrünü müəyyən edir.
Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə Strategiyanın icrasının gedişi barədə hər il üzrə hesabat təqdim edir.
- Dövlət standartları hansılardır?
Cavab: Təhsil haqqında Azərbaycan Respublikasına əsasən 6 dövlət standartı müəyyən edilib. Həmin dövlət standartları 5 il müddətində qüvvədədir. Həmin dövlət standartları Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmişdir. Təhsilin məzmunu, təhsilin idarə edilməsi, Maddi-texniki və tədris bazası, infrastruktur, təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi, təhsilverənlərin keyfiyyət göstəriciləri9. Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları neçəci ildə qəbul olunmuşdur?
Cavab: 03 iyun 2010-cu il Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə10. Ümumi təhsilin məzmunu nədir?
Cavab: fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial sifarişinin, maraq və tələbatlarının nəzərə alınmasıdır. Təhsilalanların nəzəri və praktik biliklərə yiyilənməsi, o cmülədən cəmiyyətin məhsuldar üzvünə çevrilməsidir. Ümumi təhsilin məzmunu həmçinin xüsusi ilə qeyd etmək lazımdır ki, ümumi təhsildə formalaşan səriştələrin müstəqil həyatda təhsilalanlar üçün faydalı olmasının təmin etmək.11. Ümumi təhsilin idarə olunmasının prinsiplərini sadala
Cavab: Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, İnkişafın monitorinqi12. Hesabatlılıq nədir?
Cavab: müəssisənin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyini və vəzifə məsuliyyətini təmin edir.13. Məsuliyyətin bölüşdürülməsi nədir?
Cavab: İdarəolunma prosesində demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla, nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin tətbiqinə xidmət göstərir.14. İnkişafın monitorinqi nədir?
Cavab: Həyata keçirilən fəaliyyətlərin məqsədəuyğunluğunun aşkara çıxarılması, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsini, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin edir.15. Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
Cavab: Dövlət-ictimai xarakter daşıyır.16. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur?
Cavab: İctimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura19. İdarəetmədə demokratikliyi və şəfaflığı təmin etmək məqsədi ilə nə yaradılır?
Cavab: Müəyyən olunmuş qaydalara əsasən özünü idarə orqanlarının yaradılması nəzərdə tutulub.
20. Direktorun vəzifə funksiyası hansı qanunla müəyyən edilir?
Cavab: Ümum təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsinə əsasən müəyyənləşdirilib.21. Ümumi təhsilin dövlət standartları neçə il qüvvədə qalır?
Cavab: 5 il müddətinə qüvvədədir.22. Formal təhsil nədir?
Cavab: Dövlət nümunəli sənədin verilməsi ilə müşayət olunan təhsil forması. Yəni yekunda təhsilalan dövlət nümunəli sənəd alır( attestat və ya diplom)23. Formal təhsil nə vaxt qəbul edilmişdir?
Cavab: 2010-cu ildə, Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Formal təhsil haqqında ilk anlayış Təhsil haqqında qanunun 12-ci maddəsində öz əksini tapmışdır.24. Formal təhsil hansı qanun əsasında hazırlanmışdır?
Cavab: Təhsil haqqında qanun25. Formal təhsil hansı təhsilalma formalarından tədbiq edilir?
Cavab: Əyani, sərbəst (eksternanat), distant, qiyabi26. Hansı təhsil formal təhsil hesab olunur?
Cavab: Əgər yekunda təhsil bitəndə, istər əyani, qiyabi, sərbəst və distant təhsil alsın təhsilalan dövlət nümunəli təhsil sənədi alırsa deməli, həmin təhsil formaı təhsil hesab olunur.27. İbtidai, ümumi orta, tam orta təhsil səviyyəsində hansı təhsil alma formalarından istifadə edilir?
Cavab: Əyani və sərbəst təhsil alma forması tədbiq edilir.Hazırladı. Cavid Əli oğlu Turan ( Cəfərzadə)