TN: “Şagirdlərin valideynlərinin vaksin olunması ilə bağlı məktəblərə tapşırıq verilməyib”
TN: Şagirdlərin valideynlərinin vaksin olunması ilə bağlı məktəblərə tapşırıq verilməyib
Təhsil Nazirliyi valideynlərin vaksin olunması ilə bağlı nazirlik tərəfindən xüsusi tələbin olması iddiası ilə əlaqədar yayılan məlumatlara münasibət bildirib.
“Muasirtehsil” xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Valideynlər də vaksin olunmalıdırmı?” sualını cavablandırıb.
“Son vaxtlar bizə sorğu, telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti eyni sualı soruşurlar- məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilibmi? Cavab budur ki, xeyr, verilməyib. Ancaq suala cavab verilərkən, həm də “bəli” demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu, belə deyilmi?! Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır”, – deyə o əlavə edib.