Ümumi təhsil sistemində idarə olunmanın şəffaflığı və demokratikliyi, yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin müstəqilliyi, təlim-tərbiyə ocaqlarında təhsilin keyfiyyətinə yönəlmiş yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşması əsas inkişaf prioritetlərindən hesab olunur.
Ümumi təhsil aşağıdakı məqsədlərə xidmət edir:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən;
- Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə;
- Xalqın adət və ənənələrinə;
- İnsan hüquqları və azadlıqlarına hörmət edən;
- Azərbaycançılıq ideyalarına sadiq olan;
- Sərbəst qərarlar qəbul etməyi bacaran;
- Müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə;
- Yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək.
Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.