BŞTİ müdiri Mehriban Vəliyeva şagirdlər və valideynlərlə görüşüb, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki növbəti 4 təhsil müəssisəsinə Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən hazırlanmış Məktəbin İnkişaf Planı təqdim olunub. Bununla bağlı keçirilən görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, TDM-in direktoru İlkin Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, metodistlər, Məktəbin İnkişaf Planının hazırlanmasında iştirak edən paytaxtın 4 ümumi…