Universitetdə 100-ə yaxın tələbə koronavirusa yoluxdu.

“Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb”. Bunu report-un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib. Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: “Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2…

Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib.

Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.  Təhsil Nazirliyindən ” Muasirtehsil”-ə verilən məlumata əsasən  “Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub. 20 noyabr…

Hava şəraiti kəskin dəyişəcək. Rəsmi xəbərdarlıq.

Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Noyabrın 25-i Azərbaycanın rayonlarında şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə…

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq.

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq. Baku Expo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən  ibarətdir. Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne…

“Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib. Əvvəlcə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından…

Vətən Müharibəsində iştirak edən qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim olundu. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib. Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. BŞTİ müdiri M.Vəliyeva qeyd edib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Daha sonra…