Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.
Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir: 1. Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir; 2. Öyrənmə planlı və sistematik aparılmalıdır; 3. Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edilməlidir; 4. Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir; 5. Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir; 6. Şagird bütövlükdə və tam öyrənilməlidir. Bu tələblərin…