Təhsil naziri Emin Əmrullayev 26 noyabr 2021-ci il saat 16:00-da Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Xocavənd, Samux rayonları və Naftalan, Mingəçevir şəhərlərinin sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Əldə olunan məlumat əsasən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Həmçinin qeyd olunan rayonların sakinləri 16-24 noyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət edərək videoqəbula yazıla bilərlər.
Link vasitəsi ilə qeydiyyatdan keçmək olar.
(https://portal.edu.az; https://edu.gov.az/az/contact)