Direktorların işə qəbulu müsabiqəsinin nümunəvi müsahibə proqramı.
( 1-ci hissə)Proqram Təhsil Nazilriyinin 22.04.2021-ci il tarixli edu.gov.az informasiya portalından götürülmüşdür.
Hazırladı. Cavid Əli oğlu TuranCavablardan istifadə zamanı – (müəlliflik hüquqlarına, o cümlədən mənbəyə istinad zəruridir)
Konstitusiyada qeyd olunan insan və vətəndaş hüquq, azadlıq və vəzifələri barədə məlumat verin?Cavab: Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas vəzifələri, funksiyaları barədə danışın.Cavab: Təhsil Nazirliyi haqqında Əsasnamə 1 mart 2005-ci ildə təsdiq edilmişdir. 6 vəzifə müəyyən olunmuşdur ki, vəzifələr aşağıdakılardır.- Təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək;-Azərbaycan Respublikasında təhsil sisteminin müəyyən edilmiş istiqamətlər üzrə inkişafını təmin etmək;-Təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək;-Vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq;-Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək;-Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək———- Təhsil Nazirliyinin funksiyaları dedikdə isə qanunvericiliklə 50 funksiyası, iş mexanizmi müəyyən edilmişdir. Bir neçəsi haqqında fikir bildirmək istərdim.- “attestasiya-maddi stimullaşdırma” mexanizminin tətbiqilə əlaqədar təkliflər hazırlayır- Beynəlxalq təşkilatlara əməkdaşlıq edir.- Gənc mütəxəssislərin iş yeri təminatını təşkil edir.- Peşə təhsil müəssisələrinin təşkili ilə bağlı məlumat bazaları yaradır- Müəllimlərin işə qəbulu mexanizmlərini təkmilləşdirir- Dövlət ümumi təhsil müəssisələrində müəlimlərin bilik və bacarıqlarını müəəyənləşdirmək üçün diqnostik qiymətləndirmə həyata keçirir və.s“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasın”a əsasən təhsil sisteminin başlıca vəzifələri və strateji istiqamətlər barədə məlumat verin.Cavab: Sözü gedən qanunvericilik aktı 2013- cü ildə cənab Prezident İlham Əliyevin sərancamı ilə təsdiq edilmişdir. Strategiyaya əsasən 5 starteji istiqamət və o cümlədən təhsil sisteminin 4 vəzifəsi müəyyən edilmişdir. Strateji istiqamətlər aşağıdakılardır:a) Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılmasıb) Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılmasıc) Dövlət-biznes partnyorluğuna söykənən yeni təhsil idarəetmə sisteminin yaradılmasıd) Yeni təhsil infarsturukturunun formalaşdırılmasıe) Yeni maaliyyələşdirmə mexanimzlərinin təkmilləşdirilməsi—– Xüsusi ilə qeyd etmək lazımdır ki, startegiyada təhsil sisteminin vəzifələri qeyd olunmuşdur ki, həmin vəzifələri aşağıdakı kimi təsnif etmək mümkündür.Müstəqil və yaradıcı düşünən şəxsiyyət və vətəndaş yetişdirmək b) Rəqabət qabiliyyətli mütəxəsis kadr hazırlamaqc) Ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək, bununlada Azərbaycan Respublikasının beynalxalq rəqabət qabiliyyətini artırmaqd) Sistemləşdirilmiş bilik və bacarıqların aşılanması, bununlada təhsilalanların ictimai və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin etməkDövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi və həmin şəxslərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı nə deyə bilərsiniz?Cavab: Şərh olunan sual Əmək Məcəlləsinin 10-1-ci bəndinə əsasən müəyyən edilmişdir. Çalışmanın yaş həddi dövlət müəssisələrində 65 yaşdır. 65 yaşına çatmış şəxslə əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən ləğv edilir. Xüsusəndə elm-təhsil, səhiyyə, mədəniyyət sahələrində, təşkilatlarında və müəssisələrində çalışan şəxslərə aiddir. 65 yaşı tamam olduqdan sonra onlarla müddətli əmək müqaviləsi bağlanıla bilər. Xüsusi xidmətləri, təhsil sahəsində nailiyyəti olanlarla Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən müddətli Əmək müqaviləsi imzalana bilər, 5 ilədək bir il olmaqla müddətli qaydada əmək müqaviləsi imzalanır. Çalışmanın yaş həddinə çatmış şəxslə əmək müqaviləsi bağlamaq işəgötürənin hüququdur. Çalışmanın yaş həddi təhsil qanunvericiliyində öz əksini tapmışdır. Belə ki, Təhsil haqqında qanun 29-cu maddəsinə əsasən yəni təhsil sahəsində dövlətin vəzifələrində bu mülahizə qeyd olunmuşdur.Daha Ətraflı ( Əmək Məcəlləsi 10-1, Təhsil haqqında qanun 29-cu maddə, Ümumi təhsil haqqında qanun 4-cü maddəsi)
Əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə hansı hallarda yol verilir? Bu barədə ətraflı məlumat verin?Cavab: Şərh olunan sual Əmək Məcəlləsinin 56-ci maddəsini xarakterizə edir. Ümumilikdə Əmək şəraitinin şərtləri əsas və əlavə olmaqla 2-cür müəyyən edilmişdir. Əsas Şərtlər 54-cü maddədə, əlavə şərtlər isə 55-ci maddədə göstərilmişdir. İstehsal zəruriyyəti və işçinin əmək müqaviləsində zəruri dəyişiklik etmək zəruriyyəti meydana gəldikdə, o zaman əmək müqaviləsinin şərtləri dəyişdirilə bilər. Belə olan təqdirdə işəgötürən dəyişiklik etməmişdən bir təqvim ayı qabaqcadan işçiyə yazılı xəbərdarlıq etməlidir. Əgər işçi zəruri dəyişçikliklə razı deyilsə əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin “C” bəndinə əsasən xitam verilir. İşçiyə orta aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilir.
İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, hara müraciət etməlidir?Cavab: Şərh olunan sualın cavabıni bu cürü xarakterizə etmək olar. Əgər işçi iddia edərsə ki, ona tədbiq edilən intizam tənbehi qanunvericiliyin tələbinə uyğun deyilsə, o zaman məhkəməyə müraciət edə bilər.Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyəti hüququnun təmin olunması barədə məlumat verin.Cavab: Bu qayda Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən müəyyən edilir. Şərh olunan maddə iki bissədən ibarətdir. Birinci hissə 56 təqvim günü, ikinci hissə isə 42 təqvim günü əmək məzuniyyətinə çıxanlardır. Müəyyən olunmuş təqvim günlərini sizlərlə bölüşürəm.118-ci maddəsnin 1-ci hissəsia) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə; [158]b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə; [159]d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə; [160]ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.118-ci maddənin 2-ci hissəsia) uşaq evlərinin, məktəbəqədər təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, tərbiyəçi-müəllimlərinə, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara;[161]b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə; [162]ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;d) məşqçi müəllimlərə;e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlət standartları haqda nə deyə bilərsiniz?Cavab: Şərh olunan sual Təhsil haqqında qanuna əsasən tənzimlənir. Təhsil sahəsində dövlət siyasətinin 10 prinsipi müəyyən edilmişdir. O cümlədən dövlət standartları dedikdə— fərdin, cəmiyyətin, dövlətin maraqlarını əks etdirən, elmi-pedaqoji prinsiplər əsasənda hazırlanan bir normalar məcmusudur. 6 dövlət standartı müəyyənləşdirilmişdir. Dövlət standartları Nazirlər kabineti tərəfindən təsdiq edilir. 5 təhsil pilləsi üçün ayrı-ayrılıqda dövlət standartları mövcuddur. Təhsilin məzmunu, təhsilin idarə olunması, maddi texniki və tdris bazası, təhsilin infrasturkturu, təhsilalanların aniliyyəti, təhsilverənlərin keyfiyyət göstəriciləri—- Təhsil sahəsində dövlət siyasətinin prisnipləri aşağıdakı kimi müəyyən edilmişdir.Humanistlik, demokratiklik, millilik və dünyəvilik, inteqrasiya, liberallaşma, səmərəlilik, keyfiyyətlilik, Fasiləzislik-vəhdətlik-daimilik, varislik, bərabərlik ( Ətraflı Təhsiul haqqında qanun)9. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər hansılardır?Cavab: 6 tələb müəyyən edilmişdir.1.təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, məntiqi, tənqidi və yaradıcı düşünmək bacarığını formalaşdırmaq; [30]2. öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmaq;3. təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən, müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;4. yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq;5. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq;6. təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək.Əlavə təhsil hansı istiqamətləri əhatə edir?Cavab: İxtisasartırma; kadrların yenidən hazırlanması; stajkeçmə və kadrların təkmilləşdirilməsi; təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili; [108]dərəcələrin yüksəldilməsi; yaşlıların təhsili istiqamətlərini əhatə edir.