“Məktəbə hazırlığın təşkili Qaydaları” müsahibə proqramı
Hazırladı. Cavid Əli oğlu Turan
- Məktəbə hazırlığın təşkili qaydaları hansı qanuna əsasən hazırlanmışdır?
Cavab: Təhsil haqqında qanuna əsasən - Beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir yoxsa icbari?
Cavab: zəruridir. - Məktəbə hazırlıq məşğələsi 5 yaşlı uşağın savadına necə təsir göstərilməlidir?
Cavab: Məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir. - Məktəbə hazırlığın məqsədi dedikdə:
cavab: Beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbə hazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. - Məktəbə hazırlığın vəzifələri dedikdə:
Cavab: Uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. - Məktəbə hazırlığın təşkili üçün hansı tələblər nəzərdə tutulub?
cavab: Məktəb təliminə hazırlanan uşaqların psixoloji və psixofizioloji xüsusiyyətlərinin öyrənilməsi;
məktəbəqədər yaşlı uşaqların müvəffəqiyyətli təhsil və tərbiyəsinin təşkili əsaslarının müəyyənləşdirilməsi;
gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması;
uşaqların inkişafının izlənilməsi üçün müşahidə gündəliklərinin aparılması;
istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi məqsədi ilə hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində müvafiq işlərin aparılması;
uşağın məktəb təliminə hazırlığı zamanı hər şeydən əvvəl onun aşağıdakıları əhatə edən fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığı nəzərdə tutulmalıdır: - Məktəbəhazırlıq mərhələsində neçə məşğələ nəzərdə tutulmuşdur?
cavab: 12 məşğələ, bir dərs 30 dəqiqə, fasilə 10 dəq - Məktəbəhazırlıqda sosial hazırlıq dedikdə:
Cavab: Yüksək əxlaqi təsəvvürlərin və vətəndaşlıq hisslərinin (vətənpərvərlik, humanistlik, digər millətlərə hörmət) inkişafı;
böyüklərlə və yaşıdları ilə ünsiyyətin qurulmasında yüksək mədəni davranış qaydalarının mənimsənilməsi;
öz hərəkətlərində əxlaq normalarının rəhbər tutulması və onlara riayət olunması. - Beşyaşlıların məktəbə hazırlığı hansı proqram əsasında həyata keçirilir?
Cavab: “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim Proqramı” əsasında (məktəbəqədər təhsil üzrə kurikulum) - Məktəbəqədər təhsil müəssisələrində uşaqların diaqnostikası nə məqsədlə təşkil edilir?
Cavab: Fiziki, əqli və psixoloji cəhətdən məktəbə hazırlığını müəyyənləşdirmək