ABŞ mətbuatı və Reuters xəbər agentliyinə danışan Amerika rəsmiləri, prezident Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” olaraq rəsmən tanımağa hazırlaşdığını söylədi. Bir neçə gün sonra isə söylənilən fikirlər təsdiqini tapdı.
ABŞ Prezidenti Co Bayden 1915-ci ildə Osmanlı İmperiyası dövründə baş verənləri “soyqırım” olaraq tanıdı. Bu bir tarixi yanlış addımdır. Amerika siyası tarixinə nəzər saldıqda ikinci prezidentidir ki, qondarma erməni soyqırımını tanımağa cəhd edir. Bəlkə də bir vəfa borcunu yerinə yetirməyə çalışır. Seçki prosesi zamanı, təbliğat və təşviqat aparan zaman erməni lobbisindən mədət uman Co Bayden indi isə öz vəfa borcunu yerinə yetirməyə çalışır. Əslində isə reallıqda saxtalıqdan və açıq aşkar yalandan başq bir şey yoxdur.
Tarixə nəzər saldıqda, tarixi araşdırdıqda isə erməni soyqırımı deyilən bir məhvumun olmadığı qənaətinə varırıq. Osmanlı imperiyasına atılan yalan və böhtanın arxa fonunda Türkiyə torpaqlarını parçalamaq və məkrli Avropa siyasətini təbliğ etməkdir. Dünyanın nəzərdən qaçırdığı bir məqam ermənilərin yox, məhz türklərin, azərbaycanlıların soyqırıma məruz qalmasıdır. İstər 1905-1907, istərsə də 1918 və 1992-ci il hadisələrinin soyqırım adlandırmaq daha doğrudur. Məhz həqiqət də bundan ibarətdir.
24 aprel tarixindən əvvəl Ankara və Vaşinqton xəttindəki başgicəlləndirici diplomatik danışıqlar heç də Ankaranı razı salmadı. Türkiyə Xarici İşlər Nazirliyi, Baydenin etdiyi açıqlamanı nə qanuni, nə də bir mənəvi dəyəri olmayan bir çıxış kimi dəyərləndirdi.
Belə bir zamanda diplomatik çıxışlar edilən zamanda təbii ki, Azərbaycan höküməti bu məsələdə bir mənalı şəkildə öz etirazını bildirdi. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun çıxışı da diqqəti cəlb etdi, qeyd etdi ki, bu məsələdə biz Türkiyənin tərəfindəyik, Türkiyənin mənəvi və tarixi siyasi quruluşunu dəstəkləyirik.
Eyni coğrafi ərazidə soyqırıma məruz qalan məhz Azərbaycan və Türkiyədə yaşayan müsəlmanlardır. Elə odur ki, bu tarixi həqiqəti söyləmək daha məntiqə əsaslanan bir mülahizə olardı, əksinə isə istər mənəvi, istərsə də tarixi bir həqiqətə sığmayan fikir və mülahizəni ifadə etmək sadəcə acizliyin bir nümunəsidir.
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin qondarma erməni soyqırımını tanıması ilə bağlı həqiqətə uyğun olmayan qərarı Azərbaycan höküməti ilə yanaşı siyasi partiyaların da bəyanatı bu gün çox önəmlidir. Azərbaycanda 48 siyasi partiyanın birgə bəyanat qəbul etməsi türk dünyası üçün önəmli olan məsələdə iqtidar və müxalifəti eyni qənaətdə olduğunu təsdiq edir. Məsələni diqqətlə araşdırdıqda siyasi partiyaların bu bəyanatı həm cəmiyyətin ümumi fikrini, həm də hökümətin siyasi iradəsini bildirir. Bəyanatda siyasi partiyaların ümumi qərarında qeyd edilir ki, soyqırıma məruz qalan erməni yox, məhz türk-müsəlman xalqıdır. 1918-ci ildə Mart soyqırımında 12 mindən çox azərbaycanlı müsəlmanın qətlə yetirilməsi, o cümlədən 20-ci əsrin sonunda bəşəriyyətin baş vermiş ən faciəli Xocalı soyqırımı daha dəhşətlidir, nəinki tarixi həqiqətə sığmayan qondarma və mahiyyəti olmayan bir siyasi düşüncə.
Bəyanatda qeyd edilən bu fikir isə xüsusi diqqəti cəlb edir. Azərbaycan və Türkiyə tarixi həqiqəti açmağa hazırdır, bu məsələdə hər iki tərəf Türkiyə-Azərbaycan və Ermənistan tərəfi tarixi sənədləri üzə çıxarsın, tarixi sənədlər beynəlxalq təşkilatlarda nümayiş etdirilsin, komissiya yaradılsın. Bəli, biz bu məsələdə haqlıyıq və haqlı olmayan siyasi güclər və regionda qarışıqlıq yaratmağa çalışan erməni lobbisinə dəstək verən dırnaqarası hegemonların bu qərarımı deyək, bəyanatımı deyək öz həqiqətini tapmayacaqdır. Əlbəttə ki, haqq və ədalət bərpa olunacaq ABŞ yanlış siyasi qərarını dəyişdirəcəkdir. Əslində bir həqiqətdir ki, bu gün Coe Baydenin qondarma erməni soyqırımının tanıması Türkiyəni hədəf nöqtəsi edib, Cənubi Qafqazda güc və qüdrətə sahib Azərbaycanın Qarabağ məsələsində Türkiyənin mövqeyini zəiflətməkdir. Məqsəd və niyyət açıqdır. Bu xristian dünyasının dırnaqarası birgə öz fəaliyyətidir.
Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Co Baydenin qondarma erməni soyqırımını tanıması həm də rəsmi İrəvanın məkrli siyasətinin bir hissəsidir, bu siyasətə əsasən təzminatın tələb edilməsidir. Bəs 28 ildir Qarabağda tarixi, mənəvi, ekoloji, maddi irsi məhv edən ermənilərin Azərbaycan tərəfinə təzminat verməsi necə olacaqdır? Dünyanın diqqətini məhz bu reallığa çevirməkdənsə, bayaq da qeyd etdiyim kimi Türkiyəni hədəf nöqtəsi edib, Ermənistan və Azərbaycan münasibətlərini ikinci plana salmaqdır. Yəni daha dəqiq desək, Türkiyənin Ermənistana təzminat verməsi yox, Ermənistanın fakt və sübutlarla Azərbaycana vurmuş olduğu ziyanın ödənilməsi tələb edilməlidir. Bəli, bu gün hegemon güclər reallığın yox məhz, saxtalığın, siyasi ekspansiya təbliğ edənlərin ətrafında birləşməyə cəhd edir. Bu gün türk birliyi, və türk əməkdaşlığı, bu gün Türkiyə siyasətinə dəstək verən dövlətlər təbii ki, ayrı-ayrılıqda və birlikdə öz sərt mövqelərini bildirəcəkdir. İlk addımda Azərbaycan Respublikası qardaş Türkiyə Respublikasının yanındadır. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəti şəkildə qəbuledilməzdir.
E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
Cəfərzadə Cavid Əli oğlu