Azərbaycan enerji , nəqliyyat sahəsində yeni zirvələr fəth edir.
Müasir dövrdə hər bir ölkənin dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu müəyyən edən başlıca strateji amili milli maraqlara əsaslanan daxili və xarici siyasət həyata keçirməkdən ibarətdir. Bu kontekstdə Azərbaycanın nümunəsi müsbət və mütərəqqi təcrübə nümunəsi kimi də diqqəti cəlb edir.
Bu gün Azərbaycan dayanıqlı inkişafa malik möhkəm ictimai-siyasi sabitliyin, bütün azadlıqların təmin olunduğu qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra dünya inteqrasiya proseslərinə qoşulmaq üçün olduqca əlverişli perspektivlər və real imkanlar qazandı. Bu gün Azərbaycan siyasi sabitlik, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, bazar iqtisadiyyatına yönəlmiş, sosial-iqtisadi islahatlar, insan hüquqlarının qorunması sahəsində xüsusi kompleks tədbirləri ilə hər zaman fərqlənən ölkədir. Bütün bu prioritetləri əsas tutaraq dövlətimizin dünya arenasında əsl diplomat, qüdrətli siyasətçi cənab prezident İlham Əliyev həm yerli, həm xarici media nümayəndələri qarşısında uğurlu çıxışları ilə yüksək səviyyədə təqdim olunmasına nail olmuşdur. İstər sosial-iqtisadi, istərsə də siyasi və hərbi təhlükəsizlik sahələrində əməkdaşlıqda özünü təsdiq edən Azərbaycan müttəfiqləri ilə əməkdaşlıqda da xüsusi çəkiyə malikdir. İkinci Qarabağ müharibəsində xalqımızın qəhrəmanlıq şücaəti, 44 günlük zəfər yürüşünün siyasi analizlər yolu ilə bütün zəruri informasiyaların dəqiq və təfərrüatı ilə dünya miqyasına çatdırılması nüfuzlu bir siyasətin nəticəsidir.
Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirən, əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb etibar qazanan bərabərhüquqlu tərəfdaş kimi qəbul edilən Azərbaycan müttəfiqləri ilə hər zaman səmimi olub. Müttəfiq ölkələr sırasında biz diqqət etsək görərik ki, regionda yaradılmış yeni reallıqlardan sonra dövlətlərarası inteqrasiyada geniş imkanlar açılıb və bütün bunlarda Azərbaycanın müstəsna rolu vardır. Hər zaman birmənalı siyasət yürüdən Azərbaycan özü də çətin məqamlarda müttəfiq ölkələrin dəstəyini hiss etmişdir. Vətən müharibəsində qardaş Türkiyənin, Pakistanın, Ukraynanın və s. ölkələrin haqq yolunda Azərbaycanın yanında olması uğurlu siyasətin nəticəsidir. Bu gün Azərbaycan artıq zəfər qazanmış, qalibiyyətə imza atmış bir ölkədir. Dövlətimiz möhkəmlənib, Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətə çevrilib. 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə işkirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda elektrik enerjisi ixrac edir və böyük miqdarda vəsait qazanır. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Bütün bunlar – Azərbaycanı inkişaf etdirmək, ölkəmizdə yaşayan hər bir insanın həyat şəraitini yaxşılaşdırmaq üçün qarşımıza qoyulmuş məqsəddir.
Ölkə rəhbərinin dediyi bu fikirlər real həyatda öz əksini tapır. Bu gün modern Azərbaycan quruculuğu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri əsasında uğurla davam edir.
Uğurlu idarəçilik sistemi xalqımızın rifahını təmin edir. İnanırıq ki, bundan sonra da ölkəmiz bütün sahələrdə hər zaman ən yüksək zirvələri fəth edəcəkdir.
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev