HAZIRLADI. CAVİD ƏLİ OĞLU TURAN.
- Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
bəli məktəb direktorunun müvafiq əmri ilə qərarlar rəsmləşdirilməlidir. - I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?
Ərizə, doğum haqqında şəhadətnamənin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd 3×4 foto şəkil və 9 illik attestat və valideynin ərizəsi - Hansı əsasda ibtidai sinif şagirdləri təkrar sinifdə saxlanıla bilər?
Uzun müddət təhsildən yayınma və biliyinin qiymətləndirilməməsi - I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilirmi?
xeyr verilmir - Məktəblərə şagirdlərin kütləvi qəbulu neçənci siniflər üzrə aparılır?
cavab: 1-ci və 10-cu siniflər üzrə aparılır. - Şagirdlərin birinci sinfə qəbulu hansı formada keçirilir?
Cavab: Məktəb direktoru tərəfindən yaradılmış komissya tərəfindən qəbul olunur. - Bakı şəhərdində 1-ci sinfə qəbul hansı qaydada keçirilir?
Cavab: BŞTİ tərəfindən yaradılmış elektron ərizə əsasında - Ümumtəhsil məktəblərinin 1-ci sinifinə neçə yaşdan qəbul olunur?
Cavab: Təqvim ilinin sonunadək əqli, fizoloji, psixoloji cəhətdən inkişaf etmiş 6 yaşı olan şəxslər qəbul olunur. - Üzrlü səbəb olduğu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin) başqa yerdə olması), dərs məşğələlərinin başlandığı tarixdən neçə ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir?
Cavab: 1 (bir) ay müddətində bəli - Neçə aydan sonra şagirdin 1-ci sinfə qəbuluna icazə verilmir?
Cavab: 1 aydan sonra qəbuluna icazə verilmir.
30 1-ci sinfə qəbul zamanı uşağın hansı sənədləri ümumtəhsil müəssisəsinə təqdim olunur?
cavab: Ərizə, doğum haqqında şəhatədnamənin sürəti, 2 ədə 3×4 foto şəkil
- 1-ci sinifə qəbul zamanı məktəb direktorunun adına yazılmış ərizədə olmalıdır?
Cavab: Uşağın tədris dili və alacağı xarici dil - Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmiri?
Cavab: xeyr heç bir təsiri yoxdur. - Məktəbəhazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirmi?
cavab: Bəli müvafiq qanunvericiliyə əsasən komplektləşdirilir. - Hansı halda 1-ci sinif şagirdinin sinifdə saxlanılmasına icazə verilir?
Cavab: I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilir. - I sinfi bitirmiş şagirdin yenidən 1-ci sinifdə oxumasına icazə verilirmi?
cavab: Əgər biliyi qiymətləndirilibsə xeyr oxuya bilməz, ancaq biliyi qiymətləndirilməmiş şagirdin 12 sualdada qeyd olunmuş hal baş veribsə o zaman sinifdə qala bilər. Ancaq biliyi qiymətləndirilmiş şagird müvafiq qərarla(Pedaqoji şura) növbəti sinfə keçirilir. - Bu və ya digər səbəbdən 8 yaşı tamam olmuş şəxslərin ümum təhsil müəssisələrinə qəbulu hansı qaydalara uyğun aparılır?
Cavab: 2013-cü ilin qəbul qaydalarına əsasən 8 yaşı tamam olmuş şəxslərin birinci sinfə qəbulu Təhsil Nazirliyində fərdi qaydada baxılırdı. Ancaq 6 noyabr 2014 cü ilin qəbul qaydalarına əsasən 29 may 2014-cü ildə təsdiq olunmuş “Fərdi təhsilin təşkili qaydaları”na uyğun olaraq qəbul olunurlar. - Digər məktəbdən gələn şagirdin 10-cu sinfə qəbulu zamanı əvvəl öyrəndiyi məktbdə xarici dil nəzərə alınırmı?
Cavab: Xarici dil mütləq nəzərə alınır. - Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk peşə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu hansı ay ərzində aparılmalıdır?
cavab: yalnız Sentyabr ayı ərzində - Məcburi köçkün ailəsindən olmayan uşaqları hansı halda məcburi köçkün məktəbinə qəbul edilir?
Cavab: Yaşadığı ərazidə 2 km-dək yerli məktəb olmadığı halda - Özəl məktəblərdə, liseylərdə, gimnaziyalarda, uşaqların qəbulu hansı formada keçirilir?
cavab: Nizamnamələri ilə qəbul olunurlar. - Ölkə daxilində şagirdlərin bir məktəbdən digər məktəbə qəbulu hansı siniflərdə həyata keçirilir?
Cavab: I və IX siniflər üzrə - Övladını digər məktəbə dəyişmək istəyən valideyn məktəbin direktoruna nə ilə müraciət edir?
cavab: səbəbi göstərilməklə ərizə ilə müraciət edir. - Övladını digər məktəbə dəyişmək istəyən valideyn ərizəyə hansı sənədləri məktəb direktoruna təqdim edir?
Cavab: Şagirdin qiymət cədvəlini - Vaxti ilə məcburi köçkün məktəbinə qəbul olunmuş yerli şagirdlərin yerdəyişməsi ilə yenidən məcburi köçkün məktəbinə qəbuluna icazə verilirmi?
cavab: xeyr icazə verilmir. - Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərinin yerli məktəblərinə yerdəyişməsinə icazə verilirmi?
cavab: bəli icazə verilir. - Azərbaycan Respublikasına xaricdən gəlmiş şagirdin X sinfinə qəbul hansı formada həyata keçiriləcək?
Cavab: Valideynin ərizəsi və 9 illik attestatla
- Xaricdən gəlmiş şagirdlərin I-IV siniflər üzrə təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən şagirdin qəbul olunmalı sinfi müəyyən etmək mümkün olmadıqda qanunvericilik hansı tədbiri görür?
cavab: Belə bir halla rastlaşdığımız zaman qanunvericiliyin tələbinə uyğun olaraq yerli təhsil idarəetmə orqanları tərəfindən yaradılmış komissiya şagirdin həmin siniflər üzrə təhsil proqramının necə mənimsəməsini yoxlayır. Bu prosesdən sonra müvafiq qərar qəbul edilir?
- Xaricdən gəlmiş V-XI siniflərdə oxuduğu iddia edilən şagirdlərin qəbulu prosesi hansı formada təşkil olunur?
Cavab: Şagirdlərin qəbulu və yerdəyişməsi qaydalarına əsasən yerli təhsil idarəetmə orqanlarının təqdimatı əsasında Təhsil nazirliyində həmin şagirdlər xüsusi tapşırıq və testlə yoxlanılır. Yazılı rəy verilir bununlada həmin şəxslərin qəbul prosesi tənzimlənir.
- Xaricdən gəlmiş və tədris dilləri rus, gürcü dilində olmuş şagirdlərin məktəbə qəbulu zamanı hansı fənlərdən bilik və bacarıqları yoxlanılır?
cavab: Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası