- Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır?
Cavab:
1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılması
2. Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması
3. Yeni idarəetmə modellərinin tədbiq edilməsi
4. Dayanıqlı infrastrukturunun yaradılması
5. Yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması
- Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur?
Cavab: 5 streteji istiqamətlərin formalaşması üçün nəzərdə tutulan hədəf və tədbirlər - Səriştə əsaslı ümumi təhsil dedikdə nə nəzərdə tutulur?
cavab: Səriştə əsaslı təhsil Strategiyada nəzərdə tutulan 1-ci stretji istiqamətin reallaşması üçün nəzərdə tutulan hədəflərdir. Yəni kurikulum, standartların, proqramların qəbul edilməsi və ya mövcud kurikulumların yenidən baxılması deməkdir. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı deməkdir. - 12 illik ümumi təhsilin səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir?
Cavab: Bu istiqamətdə müxtəlif variantlar mövcuddur. Dövrü mətbuatlarda rast gəlirik ki, 12 illik təhsil 4+6+2, 1+4+5+2, 6+3+3, 1+5+4+2 və.s formalarda öz əksini tapır. 12 illik təhsilə keçidin təmin olunması istiqamətində artıq maddi texniki baza və infrastruktur mövcuddur. Tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaqdır. Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcəkdir. - İstedadın erkən yaşdan aşkar olunması, inkişafı ilə bağlı hansı hədəflər nəzərdə tutulmuşdur?
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bunlarla bərabər, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bununla bağlı Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə DÖVLƏT PROQRAMI (2006 -2010-cu illər) qəbul edilmişdir. Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, 2013 cü ildə Təhsilin İnkişafı üzrə Dövlət strategiyasında bir sıra hədəflərdə nəzərdə tutulmuşdur. istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması, istedadın aşkar edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların, psixometrik vasitələrin hazırlanması və bütün təhsil müəssisələrində tətbiqinin təmin edilməsi, hər bir xüsusi istedadlı təhsilalan üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərinin yaradılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının optimal yollarını müəyyənləşdirmək, istedadlı uşaq və gənclərlə iş sahəsində müasir tələblərə uyğun səmərəli fəaliyyət mexanizmi yaratmaq, hazırda fəaliyyət göstərən yeni tipli təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlər həyata keçirmək, yeni tipli tədris ocaqları ilə bağlı müasir tələblərə cavab verən normativ hüquqi bazanın yaradılmasını, istedadlı uşaq və gənclər, habelə onlarla işləyən pedaqoji işçilər üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini, olimpiada hərəkatının gücləndirilməsini təmin etmək və.s misal çəkmək olar.
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
cavab: Bütün dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar adətən məktəb daxilində diqqətdən kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə getmirdilər. 1990-cı ildə keçirilən “Hamı üçün təhsil: təlimə dair əsas tələbatların ödənilməsi” adlı dünya konfransının nəticəsində bir çox ölkələrdə uşaqların təhsil almaq imkanından məhrum olması məsələsi gündəliyə daxil edildi. Müasir dövrdə xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər və məktəb yaşlı uşaqların digər uşaqlarla birlikdə bərabər təhsilalma imkanlarının yaradılması, həmyaşıdlar qrupunda onlara qarşı tolerantlıq mühitinin formalaşdırılması, mərhəmət və qayğı hisslərinin tərbiyə edilməsi aktual sosial-pedaqoji problemə çevrilmişdir. Stretgiyada da bu məsələ ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulmuşdur. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf üçün universal mərkəzlərin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin t ətbiq edilməsi nəzərdə tutulmuşdur Yuxarıda sadalanan tədbirləri həyata keçirmək üçün ilk oncə cəmiyyətdə bu sahədə maarifləndirmə aparmaq lazımdır. Xüsusi təhsil xidmətlərinin göstərilməsi qaydalarını tənzimləmək və təkmilləşdirmək məqsədilə mövcud bərpa- inkişaf mərkəzlərinin əhatə dairəsi genişləndirilməli, onların təcrübəsindən istifadə edilməlidir. Tibbi-pedaqoji-psixoloji komissiyaların əsasnaməsi və fəaliyyət dairəsi nəzərdən keçirilməli, əsaslı dəyişikliklər edilməlidir. Hətta vurğulamaq lazımdır ki, Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib. 2007-ci il noyabrın 5-də Heydər Əliyev Fondu ilə “Uralsib” maliyyə korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Birgə layihə çərçivəsində mərkəzin tikintisinə başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib. - Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin oktyabrın 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ı təsdiq edilib. Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropastandartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir. təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi, təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması, müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi, pedaqoji heyət üçün yeni modul–kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılması bu kimi tədbirlər strategiyada nəzərdə tutulmuş yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasına əsas verir. - Dövlət Strategiyasında müəllim peşəsinin nüfuzunun artırılması üzrə nəzərdə tutulmuş tədbirlər hansılardır?
Bəli bu günləri əsas məsələlərdən biri müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsidir. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması, Müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, Müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi, Şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqları baxımından istedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. - Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
Qeyd edək ki, Azərbaycanın təhsil müəssisələrində də nəticə yönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması, maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir.Bununlada müəssisədə demokratik bir ab havanın yaranması, pzünüi idarə orqanlarının fəaliyyətinə müsbət təsir göstərir. Nəzərə alsaq ki, müəssisələrdə özüni idarə orqanların fəaliyyəti təhsildə şəfaflığın və demokratik dəyərlərin formalaşmasına müsbət təsir göstərir. - Ümumi təhsil müəssisələrində tədris ilinin uzadılması ilə əlaqədar “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilmiş dəyişikliklər hansılardır?
Dərs ilinin uzadılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarın icrası ilə bağlı Azərbaycan Respublikasının təhsil naziri 24 noyabr 2014-cü il tarixində əmr imzalamışdır. Tədris ilinin uzadılması ilə bağlı ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnamısinə əlavələr edilib bununla yanaşı Nümunəvi Nizamnamədə tətillərin vaxtı, tədris ilinin müddəti açıq aydın gösətirilmişdir. Nəzərə almaq lazımdır ki, NN 13 yanvar 2011 ci il 5 nömrəli qərarla Nazirlər kabineti tərəfindən təsdiq edilmisdir. birinci yarımil – 15 sentyabr – 26 yanvar; kinci yarımil – 1 fevral – 14 iyun, 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), btidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər. Ümumtəhsil məktəblərində dərs ilinin müddətinin uzadılması ilə əlaqədar tədris həftələrinin sayı 5 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,4-ə (ibtidai siniflərdə 33,4-ə), 6 günlük iş rejimi tətbiq olunan məktəblərdə 34,8-ə çatdırılmışdır. - Məktəb direktorlarının vəzifə funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
cavab: Ümumtəhsil pilləsinin dövlət standartları və proqramlarına əsasən Ümum təhsil məktəblərinin nümunəvi nizamnaməsinə uyğun müəyyən edilir. - Məktəb direktorlarının əmək funksiyaları hansı normativ hüquqi sənədlə müəyyənləşdirilmişdir?
cavab: Vahid tarif ixtisas sorğu kitabçası ilə müəyyən edilir. - Ümumi təhsilin idarə olunması necə xarakter daşıyır?
cavab: ümumtəhsil pilləsinin dövlət standartları və proqramlarına istinad edərək qeyd etmək istəyirəm ki, ümumi təhsilin idarə olunması dövlət ictimai xarakter daşıyır. 3 iyun 2010-cu il 103 nömrəli qərara NK - Ümumi təhsil müəssisəsinin idarə olunmasına kim müdaxilə edə bilər?
Təhsil haqqında qanuna əsasən təhsil idarəetmə orqanları - Ümumi təhsilin dövlət standartlarına görə təhsilin idarə olunması hansı üç prinsip əsasında həyata keçirilir?
Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi - Ümumi təhsil pilləsinin dövlət standartları hansılardır?
Ümumi təhsilin məzmunu, ümumi təhsilin idarə olunması, ümumi təhsilin maddi texniki bazası, ümumi təhsilin infrastrukturu, ümumi təhsil pilləsində təhsilverənlərin sertifikasiyası, ümumi təhsil pilləsində və səviyyəsində təhsilalanların attestasiyasıdır. - Ümumi təhsilin məzmunu nədir?
cavab: Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. - Ümumi təhsilin infrastrukturuna daxildir?
Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir. - Ümumi təhsilin maddi-texniki və tədris bazasına daxildir?
Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalı, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiya-kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir. - Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?
bəli məktəb direktorunun müvafiq əmri ilə qərarlar rəsmləşdirilməlidir.
Hazırladı. Cavid Əli oğlu Turan.