ARAŞDIRMA Sinifdənxaric iş – məktəbin apardığı təlim-tərbiyə prosesinin zəruri tərkib hissəsidir. Bu işi dərsdən əvvəl (əgər dərslər ikinci növbədə keçilirsə), yaxud dərsdən sonra (əgər dərslər birinci növbədə keçilirsə) ya pedaqoji kollektivin üzvləri (məktəbin rəhbər işçiləri, fənn müəllimləri, sinif rəhbərləri və s.) ya da müхtəlif növ şagird özünüidarə təşkilatları, uşaq və gənclər təşkilatının rəhbərləri təşkil edib…