Cəfərzadə Cavid

Mən Cəfərzadə Cavid Əli oğlu 27.05.1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhəri 263 saylı tam orta məktəbi bitirmişəm. Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirmişəm. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müaviniyəm. Bir sıra qrant layihələrdə təlimçi kimi çalışmışam. Təhsil və idarəedici kitabının həm müəllifi, Müasir təhsil menecerliyi I və II ktabının müəllifiyəm. CRG Tədris Mərkəzinin icraçı direktoruyam. Hal-hazırda Etibar Cəfərov adına 118 saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini kimi çalışıram.  Ailəliyəm, 2 övladım var.

Hacıyev Ramin

Hacıyev Ramin Ədalət oğlu 1986-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalı Zod kəndində anadan olub.1988-ci ildə Qərbi Azətbaycandan deportasiya olunaraq Azərbaycan Respublikası Xanlar(Göygöl) rayonunda məskunlaşıb.1992-ci ildə Xanlar(Göygöl) rayon 5-saylı tam orta məktəbin l-ci sinfinə gedib.2003-cü ildə həmin məktəbi bitirib.Elə həmin ildə Gəncə Dövlət Universitetinin Filalogiya fakeltəsinə qəbul olub.2007-ci ildə Universiteti bitirib,ixtisası üzrə Göygöl rayon Z.S.Abdullayev adına Mixaylovka kənd tam orta məktəbinə təyinatla müəllim təyin olunub. Hal-hazırda həmin məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavinidir.

2 Şərh

Comments are closed.