Bu bölməni yalnız abunələr görə bilər. Abunə olmaq üçün və ya ətraflı məlumat üçün linkə keçin Aylıq abunəlik or Sınaq İmtahanı.

DİREKTORLARIN İŞƏ QƏBULU PROQRAMI 2-Cİ HİSSƏ

HAZIRLADI. CAVİD ƏLİ OĞLU TURAN. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?bəli məktəb direktorunun müvafiq əmri ilə qərarlar rəsmləşdirilməlidir. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?Ərizə, doğum haqqında şəhadətnamənin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd 3×4 foto şəkil və 9 illik attestat və valideynin ərizəsi Hansı əsasda ibtidai…

Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır? Cavab: 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılması 2. Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması 3. Yeni idarəetmə modellərinin tədbiq edilməsi 4. Dayanıqlı infrastrukturunun yaradılması 5. Yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur? Cavab:…

2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.…

Ötən ilin son ayında Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 1 152 müraciət daxil olub.

Ötən ilin son ayında 1 152 müraciət daxil olub 2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 152  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib. Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151…

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin yanvarın 31-dək vətəndaşların qəbulunu dayandırıb.

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin yanvarın 31-dək vətəndaşların qəbulunu dayandırıb. Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət…

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Elektron yerdəyişmə…

Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək

Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək Eksternat qaydasında aralıq imtahanları onlayn formada keçiriləcək Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Report”a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan…

“Qayıdış” onlayn respublika rəsm müsabiqəsi yekunlaşıb

“Qayıdış” onlayn respublika rəsm müsabiqəsi yekunlaşıb. Təhsil Nazirliyindən verilən məlumata əsasən 25 noyabr-22 dekabr tarixlərində keçirilən “Qayıdış” onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub.Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində məqsəd Qarabağı gənclərə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın təbiətini tərənnüm…

Dərslik müəllifləri yeni layihəyə qoşulacaqdır.

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri “Qələbə dərsləri” adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir.Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzuları müvafiq siniflər üzrə distant dərs zamanı istifadə etmək planlaşdırılır. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI…

Müəllimlər üçün vebinar təşkil olunacaqdır.

Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün vebinarlar Dekabrın 25-dən etibarən Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün “Ortaq təhsil layihələrinin yaradılması” mövzusunda vebinarlara start verilir. 5 gün davam edəcək vebinarların təşkil olunmasında məqsəd iki qardaş ölkə arasında müəllimlərə öz layihə ideyaları barədə fikir mübadiləsi aparmağa və ortaq təhsil layihələri üçün bir araya gəlməyə şərait yaratmaqdır. “Virtual məktəb” platforması…