Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək.

Qazaxıstanda 15-23 fevral tarixləri arasında Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunacaq.Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək.Şagirdlərin olimpiadaya hazırlıq prosesinin intensivləşdirilməsi, olimipada qabağı motivasiyalarının artırılması məqsədi ilə 3-13 fevral tarixləri arasında ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində intensiv dərslər və sosial fəaliyyətləri əhatə edən qış kampı təşkil olunacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə meyarı hazırlandı.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz: https://bit.ly/3uEk4xL

“Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.

Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində məktəb psixoloqlarının “Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb. Təlimlərin keçirilməsində məqsəd böhran vəziyyətlərinin profilaktikası və diaqnostikası, eləcə də ilkin…