Məktəbin fəaliyyətini idarə edən şəxsdir-Dİrektor

Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün…

Respublika fənn olimpiadalarının elektron qeydiyyat davam edir.

Dekabrın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. Hal-hazırda elektron qeydiyyatı davam edir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Elektron qeydiyyat dekabrın 20-si bitəcəkdir.

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır.

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına onlayn sənəd qəbulu dekabrın 15-i (saat 12:00) başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib.

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb. Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin…

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsinin nəticələri

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsi yekunlaşıb. Play-off mərhələsində 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandası  mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti  və Ağdam Dövlət Sosial-İqtisad Kolleci…