Bu bölməni yalnız abunələr görə bilər. Abunə olmaq üçün və ya ətraflı məlumat üçün linkə keçin Aylıq abunəlik or Sınaq İmtahanı.

Məktəbdə kollegiallıq prinsipini həyata keçirmək üçün pedaqoji şuranın fəaliyyətinin əhəmiyyəti böyükdür.

Məktəbin idarə edilməsinin demokratikləşdirilməsi probleminin həlli məktəbdaxili idarəetmənin demokratik əsaslarla qurulmasını tələb edir. Ümumtəhsil məktəblərində şagirdlərin təlimi və tərbiyəsi işini ölkədə gedən yeni ideyalar və tələblər baxımından demokratik əsaslar üzrə qurmaq təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Demokratiya məktəbə rəhbərlikdə ətaləti, durğunluğu, mühafizəkarlığı, başqa sözlə, iqtisadiyyatı, sosial həyatı, siyasi mövqeyi, ictimai tərəqqini ləngidən nə varsa, hamısının…

Peşəkar idarəçilərin hazırlanması sistemində kadr siyasəti necə olmalıdır.

Peşəkar idarəetmə kadrlarının hazırlanması sistemində əsas prinsip şəxsi maraqların, cəmiyyətin, dövlətin maraqlarının üst-üstədüşməsidir.  Bu subyektlərin birinin marağının olmaması rəhbər  kadr hazırlığında qırıqlıq yaradır və belə olduqda istənilən nəticə   əldə edilə bilməz. Rəhbər işçinin peşəkarlığı, hərtərəfli hazırlığı,   onun şəxsiyyətinin bütövlüyü cəmiyyətin rəhbər kadrlara olan  tələbatını özündə əks etdirir. Dövlətin vəzifəsi ondan ibarətdir ki,  yeni tipli peşəkar…

Universitetdə 100-ə yaxın tələbə koronavirusa yoluxdu.

“Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb”. Bunu report-un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib. Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: “Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2…

Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib.

Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.  Təhsil Nazirliyindən ” Muasirtehsil”-ə verilən məlumata əsasən  “Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub. 20 noyabr…

Hava şəraiti kəskin dəyişəcək. Rəsmi xəbərdarlıq.

Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Noyabrın 25-i Azərbaycanın rayonlarında şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə…

“Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Noyabrın 19-da ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin təltif edilməsi mərasimi baş tutub. Müsabiqə Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə həyata keçirilib. Əvvəlcə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından…

Vətən Müharibəsində iştirak edən qazi müəllimlərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri Fərmanı təqdim olundu. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində çalışan bir qrup təhsil işçisinin təltifləri təqdim edilib. Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər. BŞTİ müdiri M.Vəliyeva qeyd edib ki, dövlət tərəfindən məktəbə, təhsilə, müəllimə yaradılmış şərait təhsil işçilərini daha da ruhlandırır, öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir. Daha sonra…

“Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir. Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürülür. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir.  “Muasirtehsil”-in əldə etdiyi məlumata əsasən müsabiqədə iştirak edən…

“Qarabağı birlikdə quraq!” ölkədaxili müsabiqə keçirilir.

Təhsil Nazirliyi tərəfindən “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” ölkədaxili müsabiqə keçirilir. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər. “Muasirtehsil” Azedu.az- a əsasən xəbər verir ki, müsabiqənin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaq, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək,…

Bakı məktəblərinə tövsiyələr verilib.

Bakı məktəblərinə tövsiyələr verilib-BŞTİ “Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər baş verməyib”. “Müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib. Həmçinin paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəriciləri digər günlərə nisbətən o qədər də…