Bu bölməni yalnız abunələr görə bilər. Abunə olmaq üçün və ya ətraflı məlumat üçün linkə keçin Aylıq abunəlik or Sınaq İmtahanı.

Məktəbin fəaliyyətini idarə edən şəxsdir-Dİrektor

Məktəbin fəaliyyətini idarə edir. Məktəbin inkişaf proqramını, perspektiv və cari planları hazırlayır, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilini aparır, məktəbdaxili qiymətləndirməni həyata keçirir və bunların əsasında perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirir, onun həyata keçirilməsinin optimal həlli yollarını tapır, dövlət orqanları və ictimai təşkilatlarda müəssisənin marağını təmsil edir. Tədrisin müasir metodlarından istifadə etmək üçün…

Respublika fənn olimpiadalarının elektron qeydiyyat davam edir.

Dekabrın 10-dan Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. Hal-hazırda elektron qeydiyyatı davam edir. IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir. Elektron qeydiyyat dekabrın 20-si bitəcəkdir.

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır.

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına onlayn sənəd qəbulu dekabrın 15-i (saat 12:00) başa çatır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib.

Dekabrın 14-də Azərbaycan Basketbol Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Sonra Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verib və yeni seçiləcək heyətə uğurlar arzulayıb. Daha sonra federasiya rəhbərliyinə yeni seçki keçirilib. Azərbaycan Respublikasının təhsil naziri Emin…

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsinin nəticələri

“Zəfər Günü”nə həsr edilmiş futzal yarışlarının play-off mərhələsi yekunlaşıb. Play-off mərhələsində 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandası  mübarizə aparıb. Oyunların nəticələrinə əsasən, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Gəncə Dövlət Universiteti  və Ağdam Dövlət Sosial-İqtisad Kolleci…

Direktorların işə qəbulu müsahibə sualları və cavabları

1. Müasir dövrdə, siz məktəb direktorunu necə təsəvvür edirsiniz, bizim üçün birdirektor modeli hazırlayın? (2018-2021)Cavab: Məktəb direktoru bir idarəedici kimi yüksək intellektə malik ziyalı olmalı,“savadlı, elmli, bilikli, cəmiyyətdə özünü apara bilən, tərbiyəli” – mədəni insan olmalıdır. Məktəb təlim, tərbiyə, təhsil məbədi, mədəniyyət beşiyidir. Ona görə də belə müəssisənin rəhbəri yüksək idarəetmə mədəniyyətinə malik olmalıdır. İdarəetməmədəniyyəti…

Ümummilli liderimizi ehtiramla anırıq

“Müstəqil Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyası dövlətimizin qüdrətli yüksəlişinə və dayanıqlı tərəqqisinə möhkəm bünövrə yaradıb. Ümummilli liderimizi ehtiramla anırıq”. “Muasirtehsil” Reporta əsasən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviterdəki səhifəsində yazıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. “Muasirtehsil” xəbər verir ki, dekabrın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil…

İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur.

İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur: a) əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) b) əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq peşə hazırlığının və ya təhsili barədə müvafiq sənəd. Zəruri hallarda işçilərin sağlamlığı haqqında tibbi arayış. İşə qəbul…