Ümummilli liderimizi ehtiramla anırıq

“Müstəqil Azərbaycanın qurucusu olan Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi inkişaf strategiyası dövlətimizin qüdrətli yüksəlişinə və dayanıqlı tərəqqisinə möhkəm bünövrə yaradıb. Ümummilli liderimizi ehtiramla anırıq”. “Muasirtehsil” Reporta əsasən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviterdəki səhifəsində yazıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. “Muasirtehsil” xəbər verir ki, dekabrın 12-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil…

İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur.

İşə qəbul edilərkən məktəbin müdiriyyəti işə qəbul olunandan aşağıdakıları tələb etməyə borcludur: a) əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) b) əmək funksiyasının xüsusiyyətlərinə uyğun olaraq peşə hazırlığının və ya təhsili barədə müvafiq sənəd. Zəruri hallarda işçilərin sağlamlığı haqqında tibbi arayış. İşə qəbul…

Məktəbdə kollegiallıq prinsipini həyata keçirmək üçün pedaqoji şuranın fəaliyyətinin əhəmiyyəti böyükdür.

Məktəbin idarə edilməsinin demokratikləşdirilməsi probleminin həlli məktəbdaxili idarəetmənin demokratik əsaslarla qurulmasını tələb edir. Ümumtəhsil məktəblərində şagirdlərin təlimi və tərbiyəsi işini ölkədə gedən yeni ideyalar və tələblər baxımından demokratik əsaslar üzrə qurmaq təxirəsalınmaz vəzifə kimi qarşıda durur. Demokratiya məktəbə rəhbərlikdə ətaləti, durğunluğu, mühafizəkarlığı, başqa sözlə, iqtisadiyyatı, sosial həyatı, siyasi mövqeyi, ictimai tərəqqini ləngidən nə varsa, hamısının…

Peşəkar idarəçilərin hazırlanması sistemində kadr siyasəti necə olmalıdır.

Peşəkar idarəetmə kadrlarının hazırlanması sistemində əsas prinsip şəxsi maraqların, cəmiyyətin, dövlətin maraqlarının üst-üstədüşməsidir.  Bu subyektlərin birinin marağının olmaması rəhbər  kadr hazırlığında qırıqlıq yaradır və belə olduqda istənilən nəticə   əldə edilə bilməz. Rəhbər işçinin peşəkarlığı, hərtərəfli hazırlığı,   onun şəxsiyyətinin bütövlüyü cəmiyyətin rəhbər kadrlara olan  tələbatını özündə əks etdirir. Dövlətin vəzifəsi ondan ibarətdir ki,  yeni tipli peşəkar…

Universitetdə 100-ə yaxın tələbə koronavirusa yoluxdu.

“Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb”. Bunu report-un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib. Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: “Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2…

Azərbaycanda ilk dəfə “Uşaq hüquqları” hakatonu keçirilib.

Noyabrın 21-də Azərbaycanda ilk dəfə keçirilən “Uşaq hüquqları” hakatonunun final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi təşkil edilib.  Təhsil Nazirliyindən ” Muasirtehsil”-ə verilən məlumata əsasən  “Uşaq hüquqları” hakatonu Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Uşaq Fondu (UNICEF) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub. 20 noyabr…

Hava şəraiti kəskin dəyişəcək. Rəsmi xəbərdarlıq.

Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Noyabrın 25-i Azərbaycanın rayonlarında şimal-qərb qərb rayonlarından başlayaraq 27-dək bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə…

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq.

Ümumi təhsil müəssisələrinin VI-XI sinif şagirdləri üçün “STEAM Azərbaycan Festivalı 2021” təşkil olunacaq. Baku Expo Mərkəzində 9-10 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan festivalın əsas məqsədi müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsindən  ibarətdir. Festival çərçivəsində “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne…