“Bu gün təhsil alan şagirdlərin, tələbələrin bir çoxunun gələcək peşə fəaliyyəti azad olunan ərazilərdəki işlərlə bağlı olacaq.
“Son illər rəqəmsal bacarıqların həmin məktəblərin məzmununda nəzərə alınması nəzərdə tutulur. Başqa məsələ həmin ərazilərdə aparılan infrastruktur işləri, tikinti, quruculuq əmək bazarında ciddi aktivlik yaradacaq”. Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.…