Qarışıq test 1A ?

937 Created on Yanvar 25, 2022 By Muasirtehsil Qarışıq test 1A? 1 / 22 Uyğunluğu müəyyən edin:1. Evdə təhsil2. Əlavə təhsil3. Fərdi təhsil4. Formal təhsila) vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil prоqramları əsasında verilən təhsil;b) müvafiq təhsil prоqramlarına uyğun оlaraq ümumi təhsilin evdə təşkili fоrmasc) müхtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış…

Burada təkcə məktəb yox, cəmiyyət olaraq məsuliyyəti qəbul etməliyik.

Məktəbdəki hadisələrin səbəbləri: Şıltaqlıq, yoxsa “qəhrəman”lıq? – Mehriban Vəliyeva ilə MÜSAHİBƏ Son vaxtlar məktəblərlə bağlı müzakirələrdə müxtəlif mövqelərin toqquşması bir daha bu mövzuda bir çox məsələlərə aydınlıq gətirmək zərurəti yaratdı. Baş verən müxtəlif hadisələrdə daha çox təhsil müəssisələri qınaq obyekti olsa da, şagird və valideynlərin məsuliyyət payını gündəmə gətirənlər də az deyil. Bütün bunlarla bağlı…

Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək.

Qazaxıstanda 15-23 fevral tarixləri arasında Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunacaq.Sözügedən olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək.Şagirdlərin olimpiadaya hazırlıq prosesinin intensivləşdirilməsi, olimipada qabağı motivasiyalarının artırılması məqsədi ilə 3-13 fevral tarixləri arasında ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində intensiv dərslər və sosial fəaliyyətləri əhatə edən qış kampı təşkil olunacaq.

Müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə meyarı hazırlandı.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumi təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən müəllimlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz: https://bit.ly/3uEk4xL

“Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.

Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ” adlı layihə çərçivəsində məktəb psixoloqlarının “Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb. Təlimlərin keçirilməsində məqsəd böhran vəziyyətlərinin profilaktikası və diaqnostikası, eləcə də ilkin…

“Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsinə start verildi.

Əli Cəfərov: “Daha çox öyrənən şagird gələcəkdə özünü təsdiqləyəcək onlarla, yüzlərlə savadlı, vətənpərvər soydaşımız deməkdir. ”Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili” layihəsinə start verdi.Bu haqda ictimai birliyin rəhbəri Əli Cəfərov jurnalistlərə məlumat verib.O , jurnalistlərə bildirib ki,…

“Təhsilə ictimai baxış” silsiləsindən ilk müzakirə keçirilib

Fevralın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuranın və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində ilk müzakirə təşkil olunub. Təlim və tərbiyə mövzusuna həsr olunan ilk müzakirədə Təhsil Nazirliyinin əməkdaşları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, məktəb direktorları, valideyn və müəllimlər, digər ictimaiyyət nümayəndələri iştirak…

Məktəbəhazırlıq qruplarında qış tətili başlayır.

27-31 yanvar tarixlərində məktəbəhazırlıq qruplarında qış tətili olacaq. Bu qruplarda məşğələlər 1 oktyabr tarixindən başladığı üçün tətil günlərində qısaltmalar edilməyib. Təhsil Nazirliyindən verilən məlumata əsasən 2021-2022-ci tədris ili müəyyən edilmiş müddətdən gec başladığı üçün təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, payız tətili günlərində olduğu kimi, qış tətili günlərində…

Pedaqoji heyət üçün təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi (TDM) ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlimlər keçirir. Təlimlərin əsas məqsədi müəllimlərə metodiki dəstək göstərilməsi, təlim strategiyaları, gündəlik planlaşdırmanın mahiyyəti və strukturu barədə məlumatların verilməsi, tədrisdə kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması və dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunmasından ibarətdir.…

Fənn olimpiadalarına elektron qeydiyyat sabah yekunlaşır.

Dekabrın 25-də respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatacaq.  Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər. IX, X və XI sinif şagirdlərinin qatıldığı bu elm yarışında xüsusi istedada malik olan VIII sinif şagirdlərinin də iştirakına icazə verilir. Həmin VIII sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli…