Ümumi təhsil pilləsində təhsil haqqında dövlət nümunəli sənədlərin verilməsi qaydaları haqqında video izah
https://www.youtube.com/watch?v=Lns3H3dnR9s&feature=emb_logo
https://www.youtube.com/watch?v=Lns3H3dnR9s&feature=emb_logo
https://www.youtube.com/watch?v=v343GO_bPlQ&feature=emb_logo
Fevralın 1-dən “Dərs vaxtı” proqramında STEAM dərslərinin yayımına start veriləcək. Təhsil Nazirliyinin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini “Mədəniyyət” kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı, rəsmi “Facebook” səhifəsi, eləcə də videodərslər portalından da (https://video.edu.az/) izləmək mümkündür. STEAM dərslərinin yayım vaxtını “Dərs vaxtı”nın hər gün paylaşılan cədvəlindən öyrənə bilərsiniz. Qeyd…
Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bu gündən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai siniflərdə təhsil alan uşaqlar tədrisin davamı üçün məktəbə yollanıblar. Uzun zaman sonra doğma məktəblərinə, eləcə də məktəbdəki dostlarına qovuşan şagirdlərin sevincini əks etdirən fotoları diqqətinizə çatdırırıq. Qeyd edək ki, ibtidai siniflər üzrə 628 651…
HAZIRLADI. CAVİD ƏLİ OĞLU TURAN. Pedaqoji şurada qəbul olunmuş qərarların icrası ilə bağlı əmr verilməlidirmi?bəli məktəb direktorunun müvafiq əmri ilə qərarlar rəsmləşdirilməlidir. I və X siniflərə şagird qəbulu zamanı hansı sənədlər tələb olunmalıdır?Ərizə, doğum haqqında şəhadətnamənin surəti, sağlamlıq haqqında arayış, 2 ədəd 3×4 foto şəkil və 9 illik attestat və valideynin ərizəsi Hansı əsasda ibtidai…
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının müəyyən etdiyi strateji istiqamətlər hansılardır? Cavab: 1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmunun yaradılması 2. Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması 3. Yeni idarəetmə modellərinin tədbiq edilməsi 4. Dayanıqlı infrastrukturunun yaradılması 5. Yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması Dövlət Strategiyasında ümumi təhsilin inkişafı ilə bağlı hansı strateji hədəflər və tədbirlər nəzərdə tutulmuşdur? Cavab:…
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.…
Ötən ilin son ayında 1 152 müraciət daxil olub 2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 152 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib. Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151…
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2021-ci ilin yanvarın 31-dək vətəndaşların qəbulunu dayandırıb. Vətəndaşlar, həmçinin idarənin rəsmi [email protected], [email protected] elektron poçt ünvanlarına müraciət…
8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. Səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər. Elektron yerdəyişmə…