Mayın 15-də informatika fənni üzrə fənn olimpiadalarının final turu keçirilib. Final turunda 80 şagird iştirak edib.
Şagirdlərə müxtəlif alqoritmik məsələləri həll etmək üçün aşağı yaş qrupu üzrə 4 saat, yuxarı yaş qrupu üzrə isə 5 saat vaxt verilib.
İnformatika fənnindən bütün turlar üzrə qiymətləndirmə IOI (Beynəlxalq İnformatika Olimpiadası) sisteminə uyğun həyata keçirilir.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.